SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rüfət Quliyev Hacı Madərə qarşı? – 29 ilin deputatını təlaşa salan rəqiblər…

Rüfət Quliyev Hacı Madərə qarşı? – 29 ilin deputatını təlaşa salan rəqiblər…

Tarix:

5-02-2020, 10:11

/ 942 dəfə oxundu.
Rüfət Quliyev Hacı Madərə qarşı? – 29 ilin deputatını təlaşa salan rəqiblər…

10 saylı Binəqədi üçüncü seçki dairəsində 29 ildir deputat olan hacı Madər Musayev üçün bu dəfə “daş qayaya rast gəlib” söyləmək olar.

Reportyor.info-nun məlumatına görə, hər seçkidə “kukla” namizədlərlə “mübarizə” aparmış M.Musayevin 9 fevralda heç də işinin asan olacağını gözləmək olmaz.

Çünki bu dairədə ona əsas rəqiblərdən biri Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıdır.

Onun digər rəqibi isə Müasir Müsavat Partiyasının sədr müavini, siyasətdə gənc olan, perspektivli, enerjili xanım Könül İsmayılovadır.

Bundan başqa, cəmiyyətdə kifayət qədər hörməti olan, Binəqədidə seçicilər arasında nüfuza malik Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli də hacı Madərə ciddi müqavimət göstərəcək, səs toplaya biləcək.

Eyni zamanda Turizm və Menecement universitetinin baş müəllimi Bünyamin Qəmbərlinin, Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Soltanovun hacı Madərlə döyüşəcəyi, səsləri ən azı parçalayacaqları istisna deyil. Bu dairədən “Europan Tobbaco-Baku”ASC-də nəzarətçi işləyən Kəramət Zeynalovun namizəd olması da maraqlıdır.

Çünki sözügedən firmanın rəhbəri Lənkərandan biznesmen deputat, 73 saylı dairədən yenə namizəd Rüfət Quliyevdir. Belə çıxır ki, Rüfət Quliyev hacı Madərə qarşı gedib və onun önünə rəqib çıxarıb.

Eyni dairədən 5 dəfə təkrar deputat olan hacı Madəri hamı varlı iş adamı kimi tanıyır. 1947-ci il təvəllüdlü biznesmen, rekordsmen deputatın 72 yaşı var.

Hacı Madər 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986-1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Hacı Madəri özündən yaxşı tanıdan olmayıb. Onun vaxtilə apa-ya verdiyi müsahibədəki etirafları deputat kimi heç bir fəaliyyəti olmadığını sübut edib.

O, etiraf edib ki, indiyə qədər parlamentə hər hansı qanun layihəsi təqdim etməyib. Sonra boynuna alıb ki, orta məktəbdəyaxşı oxumayıb, həmişə arxa sırada oturub.

Ardınca deyib ki, indiyə kimi bir dəfə də olsun seçicilərimlə görüş keçirməmişəm. Bunu belə izah edib ki, guya Binəqədi camaatı onu tanıyır, gördüyü işlərdən agahdır. Yəqin ki, zarafat edib.

Müsahibəsində bir məqam da var: Ola bilər ki, Milli Məclisdə məni danışan deputat kimi tanımasınlar. Ancaq Azərbaycanda yetərincə tanınıram. Doğrudan da, parlament danışmaq yeridir. Ancaq mənim boş danışıqdan zəhləm gedir.

Sanki kimsə Hacı Madərə təklif edir ki, Milli Məclisdə boş danışsın, yaxud da bu fikri ilə həmkarlarından kimlərəsə eyham vurur, onların boş-boş danışdıqlarına işarə edir.

29 ildir deputat olan Musayev müsahibəsində onu da təsdiqləyib ki, şəhərdə “012” ilə olan avtomobillər ona məxsusdur: “12 rəqəmini 12 imam kimi qəbul etmişəm. Nədənsə həmişə bu rəqəmə meyl etmişəm.

Bəzən aldığım maşın üçün nömrə götürməyə gedəndə heç xahiş etməmiş polislər mənə “012” nömrəsini verirlər. Hərdən mənə elə gəlir ki, başqa nömrə götürsəm, nə isə pis bir şey baş verə bilər”.

Şərhlər

XƏBƏR LENTİ