Meşələri qıran "cəngavər" deputatın var-dövlətinin siyahısı yayılıb
"Qaxda meşə zolaqlarının məhv edilməsində müstəsna rol oynayan, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağacları məhv edib mebel sexlərində, fabriklərində bunu biznesə çevirən Qaxın 20 illik deputatı Azər Kərimlinin taladıqları barədə yazmaq istəyirəm. Qeyd edim ki, daha çoxdur da, bunlar mənə məlum olanlardır". Bu barədə jurnalist Həbib Müntezir facebook səhifəsində məlumat yayıb.
Milletinsesi.info-ya istinadən yazırıq ki, jurnalist Həbib Müntezir bildirib ki, biznesmen-deputat Azər Kərimli Qaxın meşəliklərini İtaliyaya daşıdığı üçün İtaliyanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub. İndi yenidən deputat təyin edilib, bir 5 il də meşələri qırıb, ağac soyqırımı etmək istəyir.
▪️ Binəqədi rayonu, C. Xəndan küç. ev 32B ünvanında şəxsi mənzili
▪️ Qax şəhəri, “Nikolay körpüsü” yaxınlığında, çay kənarında inşa edilən 1 milyonluq mebel fabriki
▪️ Xırdalan şəhərində mebel sexləri
▪️ Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” nın yanında 1 malikanə
▪️ İsveçrə, İtaliya, Ukrayna və Çexiyada müxtəlif şirkət və biznesləri
ŞİRKƏTLƏR:
▪️ "Lotos Co Ltd" MMC şirkəti
▪️ "Qamma Ltd" MMC şirkəti
▪️ "KONTUR-L" MMC şirkəti
▪️ "KROVN KO LTD" MMC şirkəti
▪️ "KON KO LTD" MMC şirkəti
▪️ "LİTER A KO LTD" MMC şirkəti
▪️ "LANDOR" MMC şirkəti
▪️ "TURİNA" MMC şirkəti
▪️ "GEB SOLEMİO AKTİENGESELLSCHAFT" Azərbaycan və İsveçrə şirkəti
▪️ "İLKİN-SERVİS" MMC şirkəti
P.S. Məsələ ilə bağlı Azər Kərimliylə əlaqə yaratmaqmümkün olmadı. Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.
Müəllif Həbib Müntezir

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...