SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azay Quliyev seçki qanunvericiliyini belə pozur - VİDEO

Azay Quliyev seçki qanunvericiliyini belə pozur - VİDEO

Tarix:

3-02-2020, 13:15

/ 2 568 dəfə oxundu.
Azay Quliyev seçki qanunvericiliyini belə pozur - VİDEO

QHT TV - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb. Bu barədə özünün qhttv.az səhifəsində də məlumat verilib. Yəni dövlət vəsaitləri hesabına. Həmin TV-də Şuranın sədri, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin təbliğatına hesablanmış material ictimailəşdirilib. İş adamı Azay Möhnətovun biznesinin deputatın adına çıxılması ilə bağlı hazırlanan süjetdə A.Quliyevin deputatlıq fəaliyyəti ilə bağlı epizodlara da geniş yer verilib.

"Bu, seçki qanunvericiliyinin pozulmasıdır". Adının çəkilməsini istəməyən seçki eksperti məsələni AFN-ə şərh edərkən belə deyib. Ekspertin sözlərinə görə, həmin material əgər başqa bir KİV-də getsəydi, seçkiqabağı təvşiqat pozuntusu sayılmazdı: "Deyilə bilərdi ki, iş adamıdır da açıqlama vermək hüququdur. Ancaq Azay Quloyev öz imicini düzəltmək üçün dövlət resurslarından istifadə edir. Seçki Məcəlləsinin 77.1-ci maddəsində deyilir ki, İctimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır".
Qeyd edək ki, QHT TV-nin həmin materialını A.Quliyev özünün sosial şəbəkə hesabında da paylaşıb.
[media=http//www.youtube.com/watch?feature=emb_title&v=y1feXIGEHN0]
Azay Quliyev seçki qanunvericiliyini belə pozur - VİDEO


Şərhlər

XƏBƏR LENTİ