Azay Quliyev seçicilərin qarşısına hansı üzlə çıxır - İTTİHAM
İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyevdir.
Azay Quliyevin apardığı təbliğat kampaniyasında isə dövlətin vəsaiti hesabına formalaşan QHT-lərə Dövlət Dəstəyi Şurasının bütün şəxsi heyyəti səfərbər edilib.
Faktiki olaraq kampaniya dövründə demək olar ki, illərlə QHT şurasından qrant layihələri alan, "dejunrı" QHTlər qatılıblar. Hətta şuradan maliyyə dəstəyi alan media quruluşları da prossesdə yaxından iştirak edirlər. Dövlətin bütün inzibati resurslarından Azay Quliyevin xeyrinə sərf edilməsinə başlanılıb. Məsələ burasındadır ki, bu gün yerli inzibati resurslar hətta kampaniya dönəmində tam səfərbər olunub. Məlumat verən mənbə iddia edir ki, keçirdiyi görüşlərində seçiciləri üçün əlçatan olduğunu deyən cənab Quliyev son illərdə ilin yarıdan çoxunu xarici ölkələrdə keçirib. Deputatın seçildiyi dairədə seçiciləri üçün təmas qurmaq üçün heç bir qərargahı və ya ofisi olmayıb.
QHT Şurasının binasında isə adətən "Azay müəllim ölkədə deyil" cavabı alıb seçiciləri. Bəs o zaman sual olunur A.Quliyev daima seçiciləri üçün necə əlçatan olub?
Məlumat verən mənbə bildirir ki, ölkədə başlanan islahatlara mane olan köhnə komanda ciddi cəhdlə ona dəstək olur. Baxmayaraq ki, A.Quliyevin namizədliyi "İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Hər halda bir az nonsens də var...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
gundeminfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...