YAP namizədinin həyat yoldaşı bitərəf namizədi təhqir etdi - bu FOTOya görə
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP-ın namizədi Elnarə Məhərrəmova ilə bitərəf namizəd Nazim Bəydəmirli arasında insident yaşanıb.
AFN xəbər verir ki, bu barədə N.Bəydəmirli özü məlumat verib. Belə ki, onun sözlərinə görə, bu gün Tovuzun Kirən kəndindən seçicilərlə görüşdən qayıdarkən Əsrik kəndində YAP-ın namizədinin görüşünə inzibati yolla büdcə təşkilatlarında çalışan qadınların məcburi gətirildiyini müşahidə edib.
Bununla bağlı videolar və şəkillər olduğunu deyən namizəd qeyd edib ki, onları hələki geniş ictimaiyyətə təqdim etmir: "Təkrar olunmayacağına ümid edirəm. Ancaq Elnarə xanımı sizə tanıtdırmaq üçün şəklini paylaşıram, özü də deyir ki, mənim xatirimi çox istəyir və dəstəkləyir". N.Bəydəmirli E.Məhərrəmova ilə birgə çəkdirdiyi fotonu feyzbukda paylaşdıqdan sonra isə özünü YAP namizədinin həyat yoldaşı kimi qələmə verən şəxs zəng edərək onu təhqir edib: "Düşünmürəm ki, YAP kimi ciddi bir təşkilatın Gədəbəy rayon şöbəsi namizəd irəli sürərkən Elnarə xanıma başa salmayıb ki, təbliğat kampaniyasında özünü necə aparmalıdır, digər namizədin ona iradı varsa, ona necə cavab verməlidir, şəkilin zorla çəkilməyib ki. Ancaq bizim nümayəndələr heç təbliğata gəlmiş xanımı lövhəyə vurulmuş şəkilə də oxşatmadılar. Bu mənada status altında Elnarə xanımın adından yazılan təhqirlər də bəlkə ona aid deyil, bəlkə mənə zəng edən də onun əri deyil, bəlkə başqa bir namizəd bizim aramızda məqsədyönlü münaqişə yaradır? Bütün bu sualların cavabını tapmaq üçün "skrin" olunmuş şərhlər də daxil, açıq nömrədən gələn zənglər də DSK-na və hüquq-mühafizə orqanlarına təqdim olunacaq".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək