SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qənirə Paşayeva olmaq" arzusu... - Samir Feyruzovdan möhtəşəm yazı

Qənirə Paşayeva olmaq" arzusu... - Samir Feyruzovdan möhtəşəm yazı

Tarix:

25-01-2020, 12:46

/ 1 351 dəfə oxundu.
Qənirə Paşayeva olmaq" arzusu... - Samir Feyruzovdan möhtəşəm yazı

Tanınmış jurnalis, blogger Samir Feyruzovdan möhtəşəm yazı.
"Qənirə Paşayeva olmaq" arzusu... Alınmayacaq, yorma özünü! Bir müddət əvvəl bu insan haqqında kiçik bir yazı yazmışdım, dərhal böhtan atdılar ki, guya kiminsə tapşırığı ilə yazmışam. Ola bilər ki, kimlərsə, bunu edər, amma mən heç vaxt! Bu gün də fikirlərimi yazıram. Şər atdıqca üzünüzə sillə kimi çırpılacaq addımlarınız...
Mən cəbhədə can qoyanda bu qadının nə işlər görürdü? Mən bilirəm: həmin vaxt evli idi, oturmuşdu evində, guya... Sərdar Cəlaloğlu demişkən, bunu ölümdən, erməni ilə üz-üzbəüz durub döyüşməkdən xilas edən qanunlara ipəkvari yanaşmırdı hələ... İndi deyir ki, guya biz nə etmişik!?
Nə siyasi fəaliyyəti, nə də öz sahəsində peşəkarlığı baxımından zərrə qədərimiz deyilsən! Dövlətin pullarını alıb yeməklə olmur, QHT Şurasından indiyə qədər nə qədər pul almısan? Bacarırdınsa, bunu pulsuz vaxtında da edərdin də... Qısası, biz sənin tayın deyilik: mövqeyində sabit adamlarıq, bir simamız, bir yolumuz, bir əqidəmiz var. Sənsə bir PROJEsən, bir LAYİHƏsən. Və səni son vaxtlar proyekt, layihə edən qurumun, şəxslərin adını da çəkəcəm.
Dünən hakimiyyətin qapısında yal axtarırdın, bu gün hakimiyyəti tənqid edirsən. Ən biabırçı cəhəti odur ki, bu gün də bu hakimiyyətdən pul alıb elə bu hakimiyyəti də tənqid edirsən. "Əla" proyektdir. Özü də ikitərəfli: həm QHT Şurasından, həm də belə... Bəziləri də elə bilir ki, həqiqətləri danışırsan.
Bir də ki, Facebookda deputat seçmirlər, bu millətə vəkil olmağa layiq adamlar namizədliklərini verməyiblər, sən kimsən axı!?
Bu xalq sənə yox, insanları xərçənglə öldürən Kəmaləddin Qafarova səs verəcəklər. O K.Qafarovun oğurladığı milyonların qurbanına bizlər çevrilmişik. Amma bu selin qabağına çıxmaq sənlik deyil, nə haqqın var, nə gücün. Bu ip qırılan da deyil, körpü də həmin körpüdür. Növbəti mənəviyyat tacirlərinə nə gərək var ki!? Bir var fiziki ölüm, bir də var mənəvi şikəstlik... Yaxşı bağça müəlliməsi, məktəbdə metodist ola bilərdin, heç olmasa, bir qht-də işləyib pulunu alıb yemək yaraşardı sənə...
Əvvəllər qınayırdım, amma statuslarında söyüş söyənləri daha qınaya bilmirəm.

Samir Feyruzov,
Tanınmış jurnalis, blogger

Şərhlər

XƏBƏR LENTİ