XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Zahir Əzəmət Prezidentə müraciət etdi: “Xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz”

Zahir Əzəmət Prezidentə müraciət etdi: “Xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz”

Zahir Əzəmət Prezidentə müraciət etdi: “Xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz”
24-01-2020, 20:51

“Bir dövlət qurumu (MSK və məhkəmə) digər dövlət qurumunun sənədini tanımırsa, ən əsası, eyni dövlət qurumu (Əmlak Komitəsi) 13 gün ara ilə mənimlə bağlı 2 fərqli arayış verirsə, ya Oqtay Əsədov dövlətdən daha güclüdür, ya da Azərbaycanda dövlət içində dövlət var”.

Bu sözləri feysbukda tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət (Rəhimov) yazıb.

Zahir Əzəmət (Rəhimov) qarşılaşdığı situasiya eilə bağlı Prezident İlham Əliyev cənablarına müraciət edib: “Xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz! Ola bilsin ki, doğrudan da hansısa bilmədiyimiz vacib səbəblərdən Oqtay Əsədov mütləq deputat seçilməlidir. Olsun, amma bunu dövlətin rəsmi möhürünü, dövlətin rəsmi etibarını zədələmədən də edə bilərdilər. Hər halda bu şəkildə yox. İnanıram ki, mənimlə bağlı başverənlər özfəaliyyətdir və Sizin bundan xəbəriniz yoxdur”.

Qeyd edək ki, Zahir Əzəmət fevral ayının 9-da ölkədə keçiriləcək parlament seçkilərinə 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədliyini vermişdi. Lakin 45 saylı Dairə Seçki Komissiyası (DSK) onun əmlak barədə təqdim etdiyi arayışda uyğunsuzluğun olduğunu səbəb kimi göstərərək qeydə almaqdan imtina etmişdi.

Zahir Əzəmət DSK-nın qərarından Mərkəzi Seçki Komissiyasına şikayət etsə də, MSK verilən qərarı qüvvədə saxlamışdı.

Bundan sonra Zahir Əzəmət pozulan hüquqlarının bərpası üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Sumqayıt Apellyasiya məhkəməsi bu gün şikayətə baxıb və qərarı qüvvədə saxlayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.