SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Seçicilər Arif Ləzimzadənin yüksək fəallığını xüsusi qeyd edirlər — FOTOLAR

Seçicilər Arif Ləzimzadənin yüksək fəallığını xüsusi qeyd edirlər — FOTOLAR

Tarix:

24-01-2020, 16:55

/ 2 141 dəfə oxundu.
Seçicilər Arif Ləzimzadənin yüksək fəallığını xüsusi qeyd edirlər — FOTOLAR

80 saylı İmişli-Beyləqan seçki dairəsindən uğurlu seçki kampaniyası Arif Ləzimzadəni əsas namizədə çevirib
15 gündən sonra Azərbaycan xalqı özünün yeni parlamentini seçəcək. Bu parlamentin sərbəst və müstəqil olacağı, təşəbbüskarlığı və həqiqətən xalqla hakimiyyət arasında bir vasitəçi olacağı, xalqın mesajlarını ali qanunverici orqanda müdafiə edəcəyi onun tərkibinin necə yeniləşəcəyi ilə biləvasitə bağlıdır.
Əslində, seçici dediyimiz xalq da bu ümidlə namizədlərin təbliğat kampaniyalarına böyük həvəslə qoşularaq, xüsusilə Azərbaycanın siyasi səhnəsində yeni görünən simaların görüşlərinə daha böyük maraqla gedir və onların hansı vədlərlə seçkilərdə iştirak etmələrini diqqətlə izləyirlər.
Reallıq da, təbliğat kampaniyasının gedişi də göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə radikal islahatlar kursunun Milli Məclisdən də yan keçməyəcəyini vəd etməsi və “Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək.
Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək” kimi qətiyyətli mövqeyi seçiciləri bu siyasi kampaniyada daha fəal olmağa ruhlandırıb. Məhz bu səbəbdən də, bu gün radikal islahatlar kursuna dəstək vermək şüarı ilə seçki kampaniyasına qoşulan yeni nəsil siyasətçilər seçicilərdə böyük maraq oyatmışdır.
Bəlkə elə ona görədir ki, sosial şəbəkələrdə və elektron mediada keçirilən sorgular və ekspert təhlilləri də çox maraqlı nəticələr ortaya qoyur. Elə WWW.BAKUPOST.AZ saytında ictimaiyyətin diqqətini seçki prosesinə cəlb etmək üçün keçirilən, tanıtım xarakterli online səsvermədə də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Ləzimzadə Arifin 5 günə yaxındır ki, rəqiblərindən böyük fərqlə irəlidə olması bir daha əhalinin həqiqətən Milli Məclisə daha çevik düşüncə sahibi olan gənc və təşəbbüskar insanların seçilməsində maraqlı olduğunu göstərir.
Namizədlərin təbliğat kampaniyasını izləyən bir çox siyasi analitiklər adını çəkdiyimiz 80 saylı İmişli-Beyləqan seçki dairəsindən müstəqil və bitərəf namizəd, hüquqşünas və dövlət qulluğu təcrübəsi olan Arif Ləzimzadənin yüksək fəallığını xüsusi qeyd edirlər.
Analitiklər əminliklə bildirirlər ki, namizəd Arif Ləzimzadənin, onun seçki qərargahının yüksək fəallığı, əhali ilə yerlərdə görüşləri və namizədin bu bölgədən olması yerli əhalini daha da fəal olmağa ruhlandırır. Bu da belə bir əminlik yaradır ki, Milli Məclisə 2020-ci il 9 fevral seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçicilərin səsvermədə fəallığı 2015-ci il parlament seçkiləri ilə müqayisədə daha yüksək olacaq.
Özünün seçki platformasında və yerlərdə keçiridiyi görüşlərdə dövlət başçısının radikal islahatlar kursunu dəstəkləyəcəyini bildirən, mətbuatda daha çox kreativ, innovasiyalı düşüncə sahibi kimi təqdim edilən Arif Ləzimzadə seçiləcəyi təqdirdə parlamentdə qanun yaradıcılığı ilə yanaşı, əsas fəaliyyətini seçicilərinin maraqlarını təmsil eməsinə, onların mənafelərinin müdafiəsinə və məmur özbaşınalıqları ilə ciddi mübarizəyə həsr edəcəyini bildirir. Etiraf etmək lazımdır ki, bu gün seçiciləri namizədlərin seçki platformasından daha çox məhz onların şəxsi keyfiyyətləri, mübarizlik xarakteri maraqlandırır.
Bütün bunlara baxmayaraq, 80 saylı İmişli-Beyləqan seçki dairəsində namizəd Arif Ləzimzadənin təbliğat kampaniyası uğurla davam edir. Artıq ikl görüşdən seçicilərin rəğbətini qazanmış A.Ləzimzadənin dünən Beyləqan rayonun Əhmədli, Türklər, Sarısu və Dünyamalılar kəndlərində keçirdiyi görüşlər də yerli sakinlərin böyük marağı ilə qarşılanmışdır. Seçicilər adından çıxış edən kənd ağsaqqaları Mübariz Ağamalıyev, Yaqub Aslanov, Türklər kəndindən şəhid atası Məlikşah İbrahimov və başqaları keçirilən müzakirələrdən sonra sakinlər adından bildirmişlər ki, bu seçkilərdə onların əsas namizədi məhz Arif Ləzimzadə olacaq.
Bütün bunlar göstərir ki, xalq ötən parlamnet seçki kampaniyalarından fərqli olaraq, bu seçkilərdə daha fəallıq olmaqda qərarlıdır. Əlbəttə, indidən seçkilərin hansı siyasi mənzərə yaradacağını qətiləşdirmək mümkün olmasa da, bir proqnoz qətidir ki, bu siyasi kampaniyanın necə yekunlaşacağından çox mətləblər asılıdır.
Nəzərə alsaq ki, cəmiyyətin əhval-ruhiyyəsi seçkilərin tam demokratik əsaslarla keçiriləcəyinə köklənib, o zaman hakimiyyətin yanlış addımlar atacağı təqdirdə xalqın ona inamına çox böyük zərbə vurulacağına söz ola bilməz. Bu da istər Azərbaycanın əleyhinə olan xaricidəki qüvvələrin, istərsə daxili müxalifətin əlində hakimiyyətə qarşı destruktiv mübarizədə çox güclü bir siyasi kozır olacaq. Amma biz ümidliyik ki, Arif Ləzimzadə kimi seçicilərin rəğbət və dəstəyini qazanmış namizədlər parlamentdə təmsil olunacaq.
Seçicilər Arif Ləzimzadənin yüksək fəallığını xüsusi qeyd edirlər — FOTOLAR


Şərhlər

XƏBƏR LENTİ