XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mətbuat Şurasının sədri: “20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir”

Mətbuat Şurasının sədri: “20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir”

Mətbuat Şurasının sədri: “20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir”
20-01-2020, 11:45

"Hər bir xalqın taleyində onu var edən, xalqda dövlətçilik ruhunun sübutu kimi qiymətləndirilən ağır hadisə və proseslər yaşanır. Bu hadisələr nə qədər faciəvi xarakter daşısalar da, xalqı sanki cilalayır, onda birləşmək, bütövləşmək əzmi yaradır. Qan yaddaşımıza əbədi yazılmış 20 Yanvar faciəsinə də məhz bu baxımdan yanaşmaq mümkündür”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“20 Yanvar faciə yaşantımızın dövlət müstəqilliyi ruhuna kökləndiyi şanlı tariximizdir. 20 Yanvar mərdlik və cəsarət, qürur və mətanət, mübarizə və dirəniş salnaməmizin nəsillərə örnək qalacaq müqəddəs nümunəsidir. 20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir. Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onlara bu günkü günümüzü, sabahımızı borcluyuq. Bu xalq, bu dövlət var olduqca onlar da var olacaq, qəlblərlə yaşayacaqlar. Əbədi var olacaq, əbədi yaşayacaqlar” – Ə.Amaşov qeyd edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.