XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hacı Salayevə seçici rəyi maraqlı deyilmiş... - Belə görünür...

Hacı Salayevə seçici rəyi maraqlı deyilmiş... - Belə görünür...

Hacı Salayevə seçici rəyi maraqlı deyilmiş... - Belə görünür...
20-01-2020, 10:39

44 saylı Sumqayıt-Xızı seçki dairəsində deputatlığa namizədlərdən üç nəfər arasında əsas mübarizə gedəcək.

Reportyor.info-nun məlumatına görə, bu dairədə biznesmen deputat Hacı Salayev yenidən mandat sahibi olmaq iddiasındadır.

Onun əsas rəqibləri isə Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev və VHP Ali Məclisinin üzvü, cumhuriyyet.net saytının baş redaktoru Nəsimi Şərəfxanlıdır.

Həmçinin, Azərbaycan Yurddaş Partiyasının sədri Mayis Səfərli və “168 saat” qəzetinin baş redaktoru Varis Yolçiyev bu dairədən deputatlığa iddialıdır.

Amma seçki rəqabəti Hacı Salayevlə Taleh Əliyev və Nəsimi Şərəfxanlı arasında gedəcək. Hacı Salayev bundan əvvəl də həmin dairədən deputat olub.

Onun deputatlıq fəaliyyəti dövründə nə Xızı, nə Sumqayıt seçiciləri üzünü görüblər. Ona görə də T.Əliyev və N.Şərəfxanlı ilə mübarizə aparması çətin olacaq. H.Salayev sərvətinə, biznesinə güvəndiyinə görə heç seçicilərlə görüş də keçirmir.

Maraqlıdır ki, Hacı Salayevin bu dəfə əvvəlki illərdə aldığı dəstəyi əldə edə bilmədiyi, Mais Səfərlinin isə müxalif partiya statusu ilə uzun illərdən sonra yenidən seçilə bilmə şansı olduğu iddiaları səslənir.

Hacı Salayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesində mühim yer tutduğu vurğulanır. Belə ki, 2010-cu ildən parlamentdə FH nazirinin qrupunda olan Salayev bu dəfə “icazə” qopara bilməsə də, son anadək mübarizə aparmağı düşünür.

Salayevin oğulları tikinti biznesinə maraq göstərirlər. Deputatın oğlu, “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir. Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib.

Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti hınıslı Mustafa Cevleyan idarə edir.

Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.

Deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir. Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərir, ofisi Göktürk Merkez Mh.Panayır Çayırı Cd.N.4 A5/1 Eyüp ünvanında yerləşir.

Hacı Salayev əvvəllər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə, Hərbi Əks-Kəşfiyyat Xidmətində və Milli Təhlükəsizlik Nazirliyində çalışıb, ehtiyatda olan polkovnikdir. Mətbuatın yazdığına görə qalmaqallı keçmişi olub, çörək zavodu var, Lake Palace Hotel ona məxsusdur.

Onun biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.

Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.

“Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var.

İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib.

AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.