XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Prezidentin arzulamadığı deputat: İmamverdi İsmayılov nələr edib? – Dosye

Prezidentin arzulamadığı deputat: İmamverdi İsmayılov nələr edib? – Dosye

Prezidentin arzulamadığı deputat: İmamverdi İsmayılov nələr edib? – Dosye
14-01-2020, 09:52

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində yeni deputatları fəal, islahatlarla ayaqlaşan, ictimai nəzarətin təmin olunmasında aktiv fəaliyyət göstərən görmək istədiyini arzulamışdı.

Lakin belə aydın oldu ki, dövlət başçısının istəklərinin ziddinə olaraq, YAP elə namizədlər irəli sürüb…deməyə söz tapmırsan.

Daha doğrusu, söz çoxdur, sadəcə, ictimaiyyət mat qalıb. Hamı bir-birinin üzünə baxaraq sual edir ki, görəsən, yeni parlament dedikləri budur?

Söhbət ondan gedir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenə İmamverdi İsmayılovun namizədliyini dəstəkləməyin harası Milli Məclisi buraxmaq, islahatlara adekvat parlament formalaşdırmaq oldu?!

Reportyor.info xatırladır ki, İ.İsmayılov kimi bir neçə belə namizədlər var. Yaxın günlərdə onların da fəaliyyəti haqda geniş ekskursiyamız olacaq.

125-ci dairəyə gəlincə, İ.İsmayılov bununla neçənci dəfədir deputatlığa namizəddir. İ.İsmayılovu YAP üçün vazkeçilməz edən nədir?

Axı onun fəaliyyətsizliyi, deputatlığı dövründə “ağzına su alıb oturması” sirr deyil. İ.İsmayılov biznesinin toxunulmazlığı üçün deputat olmaq marağındadır.

Onun ölkənin problemləri, milli məsələlər, Qarabağ münaqişəsi, anti-Azərbaycan dairələrin ölkəmizə qarşı kampaniyası ilə bağlı hansısa çıxışlarını görmək mümkün deyil.

Prezident də məhz fəal, seçiciləri ilə işləyən, aktual məsələlərə münasibət bildirən deputatların Milli Məclisdə olmasını istəyir. İ.İsmayılovun parlamentdə son işi oturduğu yerin buraxılması üçün düyməyə basmaq olub.

Bir müdət əvvəl mediada xəbərlər yayılmışdı ki, İ.İsmayılov qeyri-rəsmi məclislərin birində “quş” buraxıb. İddialara görə, deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyibmiş.

Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular.

Sumqayıt şəhərindəki xeyli obyekti – restoranı, şadlıq evi, internet-klubları və dükanları var. Həmçinin onun yaxın qohumları Sumqayıtda tikinti materiallarının geniş biznesi ilə məşguldurlar.

İmamverdi İsmayılovun Şamaxı rayonunda xeyli qoyun sürüsü, fermer təsərrüfatı, həmçinin İmişlidə çınqıl karxanası, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evləri var.

999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur.

Bir neçə il qabaq Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb. Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub.

Bir neçə il qabaq öldürülən Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İsmayılovlarla əlaqəli olduğu iddia edilmişdi.

Bu faktlar onu deməyə əsas yaradır ki, İmamverdi İsmayılov oliqarxdır, böyük sərvəti, biznesi var. Halbuki, deputatlıq bizneslə məşğul olmağı qadağan edir.

Buna baxmayaraq, həmişə başı pul qazanmağa qarışan İsmayılovu YAP təzədən deputat görmək arzusundadır. Prezident isə bu cür passiv millət vəkillərini parlamentdə arzulamır…

REPORTYOR.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.