"İrəli” İctimai birliyinin sədri yaşlı deputatı təhqir etdi
"İrəli” İctimai birliyinin sədri Mirhəsən Seyidov sosial şəbəkələrdə birmənalı qarşılanmayan fikirlər səsləndirib...
Facebook hesabı üzərindən yaşlı deputatlardan birini aşağılayan "İrəli” sədri nədənsə hədəfə aldığı deputation adını çəkədən ümumi sözlərlə kifayətlənib:
"Bakının mərkəzi küçələrinin birində axşam çağı yürüşə çıxdım.Bir də gördüm, özünü buraxan V Çağırış Milli Məclisin yaşı 70i keçən deputatlarından biri, yanındakı bir dostunun qoluna girib gəzmək üçün dəstək alır. Əməlli bir tərəfi üstündə gəzir. Düzdür də, axı bu məclisin kreslosu oturmaq üçündü, orda gəzməyə nə iş ?! Camaat indi seçki qərargahında iş aparır, dislokasiya xəritələri hazırlanır, marketinq planı üzərində əlləşir, status yazıb komanda yığır, vətəndaşa çatmağa çalışır, başa düşüb ki hər şey sosial şəbəkədən ibarət deyil. Müəllim də yenidən namizəd qismində xalqın arasına çıxıb desin ki, "deputat olmaq üçün, özünü burax düyməsinə basmaq lazımdır”.
Xatırladaq ki, Mirhəsən Seyidov öncə növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etsə də mandat əldə etməsinin mümkünsüzlüyünü anladıqdan sonra iddiasından geri çəkilib. İndi görünür, "İrəli” sədri küskünlüyünü yaşlı bir şəxsi aşağılamaqla ifadə etməyə çalışıb. Amma unutmayaq ki, bu "özünüifadə tərzi” heç də qəbuledilən deyil.
Pia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...