SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əmlaklarına həbs qoyulan Ziya Məmmədovun əlində nələri qalıb?-SİYAHI

Əmlaklarına həbs qoyulan Ziya Məmmədovun əlində nələri qalıb?-SİYAHI

Tarix:

10-04-2017, 09:40

/ 59 389 dəfə oxundu.
Əmlaklarına həbs qoyulan Ziya Məmmədovun əlində nələri qalıb?-SİYAHI

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və “Qarant” holdinqin sahibi olan oğlu Anar Məmmədov müflisləşdirilir

Daxil olan məlumata görə, Məmmədovlar ailəsinin nəzarətində barmaqla sayılacaq obyektlər qalıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs qoyulub.

Bu qərardad “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Qərardad bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.

Məhkəmədə cavabdeh qismində «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb.

«PAŞA Bank» ASC cavabdehlər - «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırıb.

Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedir. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir. Ancaq hələ ki, bu müəssisələr keçmiş nazirin nəzarətindədir.

Daxil olan məlumata görə, Məmmədovlar taleyi ilə barışıb və hakimiyyətdə yüksəliş olacağına inam qalmayıb. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vurulmasına gəlincə, amerikalı senatorlar müraciətlərində “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi “Trump Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını da istəyiblər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olunub.

Ziya Məmmədov ABŞ mətbuatında yazılanları şər-böhtan adlandırmaqla dəstəyi asıb: “Onlar böhtanla məşğuldurlar”.

Qeyd edək ki, senatorlar Trampın biznes fəaliyyəti ilə əlaqəli federal təhqiqatın keçirilməsinə çağırıblar. Onların fikrincə, sözügedən biznes, “çirkli pulların yuyulması” və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi.

Senatorlar Sherrod Brovn, Ben Cardin və Dianne Feinstein bu barədə narahatlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comeyə yazdıqları məktubda açıqlayıblar. Brovn, Cardin və Feinstein ABŞ Senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridir.

Bu məqalədə söhbət “Tramp Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi “Tramp Tower” göydələnindən gedir. Məqalədə yazılanlara görə, Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə bağlara malikdirlər.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov bu iddialarla bağlı media qurumlarının sorğularına cavab verməyiblər.

Şərhlər

XƏBƏR LENTİ