Elmira Axundova hansı posta iddialıdır? - Belə deyirlər...
71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova 9 fevralda keçiriləcək parlament seçkilərinə qatılmaqdan imtina edib. Daha doğrusu, namizədliyini irəli sürməyib. JAMAZ.İNFO xəbər verir ki, sabiq deputatın belə bir addım atması səbəbsiz deyil.
Belə ki, Axundova bu seçkilərə qatılmamaqla başqa bir məqsəd güdüb. Həmin məqsəd də ondan ibarətdir ki, o, mandatını heç də kiçik olmayan vəzifəyə dəyişib. Mənbə bildirir ki, Elmira Axundova seçkilərdən sonra aparıcı komitələrdən birinə sədr müavini təyin olunacaq. Həmin məlumata görə, sabiq deputat yaxın vaxtlarda Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə sədr müavini təyinatı alacaq.
Xatırladaq ki, YAP-ın aparıcı fiqurlarından biri olan, uzun müddət vitse-spiker postunu tutmuş Bahar Muradova da hakim partiyanın namizədlər siyahısına düşməyib. Muradovanın adının siyahıya düşməməsi onun Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə sədr gətiriləcəyi ilə izah olunurdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...