XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nazirliyin şöbə müdiri Avropada şirkət açdı

Nazirliyin şöbə müdiri Avropada şirkət açdı

Nazirliyin şöbə müdiri Avropada şirkət açdı
30-12-2019, 17:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib".

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbukda yazıb.

"NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb", - o bildirib.

Onun sözlərinə görə, şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.

Jurnalist qeyd edib ki, 1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra "Allianz" şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.

2014-cü ildə Rusiyada fəaliyyət göstərən "СОГЛАСИЕ" ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.

2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

Arqument.az
Nazirliyin şöbə müdiri Avropada şirkət açdı




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.