XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Dünənə qədər mətbuat ancaq şantaj olunub..." - Baş redaktordan sərt mövqe

"Dünənə qədər mətbuat ancaq şantaj olunub..." - Baş redaktordan sərt mövqe

"Dünənə qədər mətbuat ancaq şantaj olunub..." - Baş redaktordan sərt mövqe
26-12-2019, 15:56

Bu gün Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy son zamanlar mətbuatda hökm sürən və kifayət qədər narahatçılıq doğuran məqamla bağlı "Facebook"da status paylaşıb. Baş redaktorun statusunu olduğu kimi təqdim edirik:

"Mən başa düşə bilmirəm ee... Köhnə heyətin dövründə kef edib, jurnalistlərin binasından ev alıb, mükafatlarla təltif olunub, pul qazananlar yenə də MEYDANDADIR... Olsunlar eee... Amma bağırmasınlar da... Səs etmirik deyə, görmədiyimizi zənn etməsinlər...
Neçə il ərzində bizi məhz onlarla şantaj ediblər... İndi də məhz onlar bağırır... Belə də olmaz axı... Vallah adamın ayb işi olanda bir az susur... Bunlar elə əvvəlindən bağırırlar... Yəni hər kəsmi bu ölkədə kor qalıb və yaxud da onlara görə, bu ölkədə hər kəsmi kordur?"

Bununla bağlı saytmıza açıqlama verən Məhəmməd Ərsoy bildirdi ki, əslində illərdir əziyyət çəkdiyi məsələ ilə bağlı zamanında da dövlətin rəhbərliyinə müraciət edib: "Mətbuatın kimlər tərəfindən boğulduğu, kimlər tərəfindən şantaj edildiyi məlumdur. İllərdir Əli Həsənov və digərləri medianı nəzarətlərində saxlaya bilmələri üçün müaxtəlif üsullara əl atıblar. "Reket jurnalistika" ifadəsi də onlara məxsusdur. Dilçi alimlər də bu ifadənin özünün yanlış olduğunu deyə bilər. Əgər söhbət şantajçı mediadan gedirsə, dünyada bu ənənə var və Azərbaycanda da şantajla məşğul olan məhz onların adamları olub.

Hətta normal medianı da müxtəlif üsullarla, dövlətə aid rıçaqlarla özlərinə tabe etdirməyə çalışıblar. Mətbuatı şantaj ediblər. Müxtəlif qurumlarla, müxətlif media növlıri hesablna. Dünənə qədər mətbuat ancaq şantaj olunub...

Dia.az saytı uzun illər onların hədəfində olub. Nəfəsimizi kəsmişdilər. 25 ildir ki, jurnalistikadayam. Əgər hazırki mövqeyimiz jurnalistika baxımından uğurlu hesab olunmursa, səbəbi yenə də onlardır. İnşa yaza bilməyənlər, bizə hökm etməyə çalışırdı, barəmizdə qərar verirdi. Bizi jurnalist hesab etmidrilər. Dövlətin bütün qurumları onların adından üzərimizə gəldiyindən bu qərarın məhz dövlətə aid olduğunu düşünürdük.

Düşünürdük ki, dövlət belə rəy verib. Əslində isə onlar dövləti istismar edərək öz cılız maraqlarını yürüdürdülər.

25 ildir mətbuatda olan birisi kimi Əli Həsənovun heyətindən bütün dövlət qayğıları ilə bağlı rədd cavabı aldım. Susdum. Çünki dövlətimə və millətimə bağlı bir adamam. Yəni əslində susmağımızın səbəbi onların hökmü yox, dövlətimin hansısa formada hədəfə çevrilməmə niyyəti idi.

İndi də ona görə susuram ki, daha ayıbdır, adamlar ortadan bir problem kimi qeyb olublar..ş Lakin görürəm ki, hələ də Əli Həsənovun tör-töküntüləri - onun hesabına mediada meydan sulayanlar yenə də ortalığı qarıdşırmaqla məşğuldurlar. Elə zənn edirlər ki, kimsə onların arxasındakı vedrəni görmür.

Belə deyil axı..."

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.