Sahib Alıyev anons verdi: Həbslər 2-3 nəfərlə məhdudlaşmayacaq...
Deputat: “Rüşvətxor məmurlar təkcə işdən azad edilməyəcək, həm də qanun qarşısında cavab verəcəklər”...
Dekabrin 18-dən başlayaraq iri çaplı məmurların rüşvət və korrupsiya ittihamı ilə həbs olunması xəbəri ölkə gündəmini zəbt edib. Tanınmış jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı Sahib Alıyev baş verən həbslərlə bağlı sosial şəbəkədə paylaşdığı şərhində bu həbslərin davam edəcəyi anonsunu verib. PİA.az Sahib Alıyevin şərhini təqdim edir:
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünənki xəbərdarlığı və həbslər göstərir ki, tutulan vəzifəlilərin sayı 2-3 nəfərlə məhdudlaşmayacaq, rüşvətxor məmurlar təkcə işdən azad edilməyəcək, həm də qanun qarşısında cavab verəcəklər: “Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...