SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Mahmudovun həbsdən çıxmış əmisi oğlun tapıldı - MƏNDƏN BUNU NİYƏ SORUŞMALISINIZ?

Eldar Mahmudovun həbsdən çıxmış əmisi oğlun tapıldı - MƏNDƏN BUNU NİYƏ SORUŞMALISINIZ?

Tarix:

20-12-2019, 11:56

/ 995 dəfə oxundu.
Eldar Mahmudovun həbsdən çıxmış əmisi oğlun tapıldı - MƏNDƏN BUNU NİYƏ SORUŞMALISINIZ?

Xəbər verdiyimiz kimi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunmasına baxmayaraq azadlığa çıxıb.

Qeyd edək ki, sabiq MTN şefi Eldar Mahmudovun əsas pul yığanlarından biri olan Vüqar Mahmudova ittiham olunduğu təkcə 182.3.2 maddəsi ilə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşürdü.

Ancaq Azərbaycan məhkəmələri növbəti dəfə ədaləti tapdalayaraq onu azadlığa buraxdı.

Gununsesi.org-un əməkdaşı Vüqar Mahmudovu tapıb, azadlığa hansı yolla çıxması barədə ondan suala cavab istəyib.

Əməkdaşımızın “Bu qədər ağır cinayətlərdə ittiham olunan şəxs kimi azadlığı necə qazandınız” sualına Vüqar Mahmudovun cavabını təqdim edirik: “Mən məhkəmə qərarı ilə azadlığa çıxmışam. Bunun sizə və başqalarına nə aidiyyatı var. Siz niyə məndən bunu soruşmalısınız. Mən sizə başqa nəsə deməyəcəyəm”.

Bu sözlərindən sonra Vüqar Mahmudov telefonun dəstəyini asıb.

Şərhlər

XƏBƏR LENTİ