Tanınmış jurnalist "Salam Taksi" xidmətindən NARAZILIQ ETDİ
- 6-04-2017, 13:31
- 113 996
Bunu tanınmış jurnalist Aytən Abdulova bildirib. Onun sözlərinə görə, danışıq üçün balans müştəridən gedir və belə olan halda operatorun tələsik telefonu qapatmasının səbəbi başa düşülən deyil: "Üstəgəl, 9933 nömrəsinə düşmək də ən azı 20, bəzən hətta 40-50 dəqiqə vaxt aparır. Beləliklə, bir taksi sifariş etməyə 1 saat vaxtın gedir. Çox vaxt da taksinin 15 dəqiqəyə gələcəyini deyib, müştərini 1 saat 15 dəqiqə gözlədirlər. Sürücülər də gedəcəkləri ünvanı tanımırlar. Sərnişinin təklif etdiyi qısa yolları qoyub şəhəri dolanmağa üstünlük verirlər. 9933-ün əksər sürücüləri şəhəri tanımır".
Jurnalist xanım obyektivlik naminə qeyd edir ki, digər taksi xidmətlərindən 9933 daha ucuz olduğu üçün ona müraciət edənlərin sayı çoxdur: "Əslində dəqiq və planlı işləsələr daha çox qazanarlar. Çox uzağa getməyin, qonşu Türkiyənin təcrübəsini öyrənin. Belə sıfır xidmətə görə sərnişin niyə sizi seçməlidir? 1-2 manat irəli düşmək üçün orqanizmini əsəblə zərərləmək üçün? İşləyə bilmirsizsə bağlayın xidməti".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.