SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Həsənovun 8 dildə çap olunan kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Əli Həsənovun 8 dildə çap olunan kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Tarix:

6-04-2017, 12:41

/ 111 210 dəfə oxundu.
Əli Həsənovun 8 dildə çap olunan kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb, çin) çap olunan “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.
Kİitabxanadan verilən məlumata görə, hər iki kitabın elmi redaktoru siyasi elmlər doktoru Elçin Əhmədov, buraxılışa məsul şəxs isə Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanovdur.
Müəllifin “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabında XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılıb. Nəşrdə, həmçinin Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, beynəlxalq ictimaiyyətdə soyqırım aktı kimi qəbul edilməsi ilə bağlı sənədlər də yer alıb.
“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında isə son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. Həmçinin ermənilərin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906ı, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrinə məruz qalması tarixi mənbələr əsasında araşdırılır. Bundan əlavə, kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər, xəritələr, qətnamələr və işğal olunmuş ərazilər haqqında məlumatlar yer alıb.

Şərhlər

XƏBƏR LENTİ