XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Vilayət Eyvazov Lənkərana yeni rəis təyin etdi - FOTO

Vilayət Eyvazov Lənkərana yeni rəis təyin etdi - FOTO

Vilayət Eyvazov Lənkərana yeni rəis təyin etdi - FOTO
29-11-2019, 13:21

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Strateq.az-a istinadən xəbər veririk ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Yeni rəis – Fəqan Azadəliyev 1978-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər DİN BMCMİ-də işləyib, daha sonra isə Yardımlı və Göranboy rayon polis şöbələrinin rəisi vəzifələrini tutub.
Vilayət Eyvazov Lənkərana yeni rəis təyin etdi - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.