Vəkil olduğunu deyən xanım bacısının başını kəsən qardaşa haqq qazandırdı - FOTOFAKT
Xırdalanda qardaşın bacısının başını kəsərək qətlə yetirməsi ictimaiyyətdə rezonans doğurub.
Sosial şəbəkələrdə, xüsusilə “Facebook”da ciddi müzakirələr yaradan dəhşətli olaya reaksiyalar birmənalı olmayıb. Çoxsaylı şərhlərdə qadına yönəlik şiddət və qətl qınanılıb. Ancaq qardaşın törətdiyi cinayətə haqq qazandıranlar da tapılıb. Belə şəxslərdən biri - özünü Ali Məhkəmənin vəkili kimi təqdim edən və 8 ildir vəkil kimi çalışdığını qeyd edən Günay Məlikzadə adlı profil sahibi həmcinsini sərt şəkildə qınayaraq, demək olar ki, qatilə haqq qazandırıb. O yazıb ki, səbəbsiz yerə heç kim heç kimin başını kəsmir, heç kimi mühakimə etməyək:
“Mənim də qardaşım gəlib başımı kəssin də... Niyə kəsmir???”
Özünü vəkil kimi təqdim edən şəxsin bu şərhi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub və ciddi etirazla qarşılanıb. Xüsuslə onun özünü vəkil adlandırması, insanların öz müdafiəsini ona etibar etdiyini vurğulamasına etiraz olaraq şərhlər yazılıb.
Cebhe.info özünü vəkil kimi təqdim edən Günay Məlikzadə ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Vəkillər Kollegiyasının Günay Məlikzadə adlı üzvü yoxdur. Ali Məhkəmədən də bildirilib ki, qurumun belə əməkdaşı yoxdur. Şəxsin sosial şəbəkədə özünü “Ali Məhkəmənin vəkili” kimi təqdim edərək cinayətə haqq qazandırmasının səbəbi müəyyən suallar yaradıb.
Xatıradaq ki, noyabrın 24-də Xırdalanda qardaş bacısını qətlə yetirib. Qardaşı əri həbsdə olan bacısı Aytən Fərzəliyevanın başını kəsib. Mərhumun Ümid adlı şəxslə qeyri rəsmi-nikahdan bir yaşında övladı olub.
A.Fərzəliyevanın bir müddət Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşadığı, sonra oradan ayrıldığı bildirilir. Məlumata görə, 2014-cü ildə A.Fərzəliyevanın anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. A. Fərzəliyeva bu barədə polisə məlumat verərək, atasının onları ölüm həddinə çatdırdığını deyib. Bundan sonra atası 4 il müddətinə həbs edilib. A. Fərzəliyeva isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Bir müddət sonra o, Ümid adlı şəxslə tanış olduqdan sonra sığınacağı tərk edib. Qardaşı ilə aralarında ev üstündə mübahisə olub.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...