Xanhüseyn Kazımlının açıqlaması yenə gündəm oldu
Ötən ay deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasındakı çıxışı sosial şəbəkələrdə qalmaqala səbəb olmuşdu.
Cebhe.info-ya istinadən xəbər veririk ki, nitqi anlaşılmayan deputat hadisədən sonra vəziyyəti izah etmək üçün yaxın günlərdə mətbuat konfransı keçirəcəyini bildirmişdi. Lakin hadisədən təxminən 1 ay keçməsinə baxmayaraq, konfrans hələ də baş tutmayıb.
Məsələ ilə bağlı Cebhe.info-ya təkrar açıqlama verən deputat Xanhüseyn Kazımlı həyat yoldaşının Almaniyada müalicə olunduğunu və buna görə də işlərin planladığı kimi getmədiyini diqqətə çatdırıb:
"Yaxşı olar, yaxşı olar ki, bir mətbuat konfransı keçirək. Ondan sonra da bu işin yekununa qədəm qoyaq. İndi mən müalicədə oldum, yoldaşımı aparmışdım. Almaniyada müalicədə oldum. Ondan sonra da indi gəlmişəm Milli Məclisə, işlər gedir. Qayıdacam Milli Məclisə. Yaxşı olar ki, nə bilim, planı demək bir az düzgün çıxmır, amma bu günlərdə olacaq. Yaxın günlərdə...”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...