SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Borc aparatları” ilə bağlı müəmma - Pul götürənləri hansı təhlükə gözləyir?

"Borc aparatları” ilə bağlı müəmma - Pul götürənləri hansı təhlükə gözləyir?

Tarix:

26-11-2019, 11:12

/ 783 dəfə oxundu.
"Borc aparatları” ilə bağlı müəmma - Pul götürənləri hansı təhlükə gözləyir?

Bir neçə gün öncə paytaxtın müxtəlif yerlərində quraşdırılan və qısa zamanda məşhurlaşan azpulmat aparatlarının fəaliyyəti dayandırılıb. Aparatdan borc alan şəxslər isə pulları ödəyəcək yer tapmırlar. Aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı isə açıqlanmır.
“Xəzər Xəbər”ə istinadən məlumata görə, aparatın önündə cəmləşən adamların bəziləri pul almaq üçün, bəziləri isə aldıqları pulun faizini ödəmək üçün gəliblər. Pul götürən şəxslər aparat işləmədiyi üçün onu ödəyə bilmirlər və buna görə faizin daha da artacağından narahatdırlar.

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi açıqlama yayıb. Bildirilir ki, göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması "Fərdi məlumatlar haqqında" və "Biometrik informasiya haqqında" qanunlarla tənzimlənməlidir. Belə ki, "Fərdi məlumatlar haqqında" Qanuna əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, "Biometrik informasiya haqqında" qanuna əsasən biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qurumdan bildirilib ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib. Lakin hələlik aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı açıqlanmır.

Şərhlər

XƏBƏR LENTİ