Saleh Məmmədovun villası və sürüşən yoldakı istinad divarlarının fərqi- Foto
Noyabrın 25-də gecə saatlarında çökən Bibiheybət yolu bu ilin martında təmir olunaraq istifadəyə verilib
Həmin yol bu il martın 1-də yol çöküb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təmir işlətinə başlayıb və mart ayının sonlarında yol yenidən istifadəyə verilib.
Bibiheybət yolunda 2015, 2017 və 2018-ci illərdə də təmir işləri aparılıb. Lakin keyfiyyətsiz iş üzündə hər dəfə bu yolda çökmə baş verib. Görünür, sonuncu dəfəki təmirdə də keyfiyyətə önəm verilməyib.
AAYDA-nın rəhbəri Saleh Məmmədov 2015-ci ildən yol təsərrüfatına rəhbərlik edir. 2015-ci ildə bu yana Bibiheybət yolu demək olar ki, hər il təmir olunur. Büdcədən milyonlarla vəsait xərclənməsinə baxmayaraq bu yolun ömrünü 1 ildən artıq uzatmaq mümkün olmur.
Bəlkə də ona görə ki, Saleh Məmmədov məsələn Nabrandakı villasının tikintisinə göstərdiyi diqqəti bu yola göstərmir. Bibiheybət yolunda torpaq sürüşməsinin qarşısını almaq üçün tikilən istinad divarları hörmətli Saleh Məmmədovun bəhs etdiyimiz villasının hasarı ilə müqayisədə çox kövrəkdir. Amma bu AAYDA sədrini o qədər də narahat etmir. Axı yol onun şəxsi mülkü deyil. Yollar ümumi istifadədir. Ordan “rəiyyət” də istifadə edir. Hər il onun təmirinə xərclənən vəsait də Saleh Məmmədovun şəxsi vəsaiti deyil. Xalqın puludur, nə qədər istəyirsən xərclə...
Amma villa şəxsi əmlakdır. Onun keyfiyyətli olması əsas şərtdir. Ki, Saleh müəllim orada rahat dincələ bilsin. Villanın uça biləcəyi təhlükəsini düşünüb narahat olmasın.
Oxucular da intizarda qalmasın, villanın fotosunu da təqdim edirik, buyurun, baxın, müqayisə aparın.
Cahan.info




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...