SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Alışanovun Xızıda hinduşka biznesi – Şok fakt

Arif Alışanovun Xızıda hinduşka biznesi – Şok fakt

Tarix:

3-04-2017, 23:38

/ 12 197 dəfə oxundu.
Arif Alışanovun Xızıda hinduşka biznesi – Şok fakt

Bir neçə ay qabaq AzTV sədri Arif Alışanovun Xızıda villa tikdirdiyi xəbərini vermişdik.
Daxil olan ən son məlumata görə, televiziya rəhbəri Xızıda hinduşka biznesinə keçib.
Gələn məlumatda bildirilir ki, A.Alışanovun Xızıda 200 ədəd hinduşkası var və rayonda təhkim etdiyi nəzarətçi bu heyvanların alveri ilə məşğuldur. Arabir Xızıya baş çəkən AzTV sədrinin 200 hinduşkası var və biznesini genişləndirir.
Qeyd edək ki, oliqarxa çevrilmiş, böyük maliyyə imkanlarına sahiblənmiş Alışanov günbəgün malikanələrini artırır. AzTV sədri Xızıda özünə dəbdəbəli saray tikdirib.
Məlumata görə, A.Alışanov 6 hektar ərazidə böyük imarət ucaldır. AzTV sədrinin villası Xızının yüksəkliyində, səfalı bir ərazisində yerləşir.
Alışanovun malikanəsi 6 hektar ərazidə yerləşsə də, ilanlardan qorunmaq üçün yenə də tədbirlər görülüb. Villanın çəpərlənməsi və yaşıl rəngə bürünməsi işlər həyata keçirilib. Bu da sürünən heyvanların qarşısını kəsməyə hesablanıb.
Alışanovun Xızının icra başçısı ilə sıx əlaqələri var. Xəzər Aslanov ona rayonda bu imkanları yaradıb. Amma dövlət televiziyasının direktoru hansı maliyyə hesabına malikanələrinin sayını artırır, bu barədə bizdə heç bir məlumat yoxdur.
Yada salaq ki, Hesablama Palatasının bir müddət əvvəl yaydığı məlumatda audit yoxlaması nəticəsində AzTV-də maliyyə pozuntularına yol verildiyi və dövlət vəsaitinin xərclənməsində ciddi nöqsanların aşkara çıxarıldığı qeyd olunmuşdu.
Ondan əvvəl isə Satınalmalar üzrə dövlət agentliyinin son 5 ildə keçirdiyi tenderlə bağlı mediada araşdırma materialları çap edilmiş və “AzTV-yə ayrılmış milyonlar necə xərclənib” tipli suallar səslənmişdi.
Məlum olmuşdu ki, tenderdə müəmmalı şirkətlər, o cümlədən Yeni Zellandiya, Uruqvay və s. kimi ölkələrin heç kimin tanımadığı şirkətləri tenderi udur və sonradan “əriyib” yoxa çıxırlar.
Məlumatlarla bağlı qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.
24saat.org

Şərhlər

XƏBƏR LENTİ