Rəşad Atakişiyevin qardaşı oğlu hər kəsi duyğulandırdı - FOTO
Polkovnik-leytenant Rəşad Atakişiyevin qardaşı oğlu 191 saylı məktəbdə "Bayraq Günü" ilə bağlı keçirilən sinif tədbirində göz yaşlarına hakim ola bilməyib. Əmisini yadına salıb kövrələn uşağın bu hərəkəti hər kəsi duyğulandırıb.
Bu barədə sosial şəbəkədə millət vəkili Aydın Mirzəzadə paylaşım edib:
“Bu gün Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilmişdim. Verilişə belə bir şəkil göndərilmişdi.
Şəkillə yanaşı belə bir mətn göndərilmişdi :
"Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim”.
Xatırladaq ki, Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zamanı dənizə düşüb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...