Cavid Qurbanovdan prezidentə şikayət
50 il Azərbaycan Dəmir Yollarının Biləcəri Lokomativ deposunda maşinist işləmiş Nagdəliyev Eldar Həsən oğlunun övladı Ceyhun Nağdəliyev ölkə prezidentinə müraciət ünvanlayıb.
“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində bildirib ki, 1991-ci ildən atası mənzil növbəsinə dayanıb. “Məhz iş vaxtı ağır xəstəliyə yoluxaraq bu ilin mart ayının 22-də atam vəfat etdi. Xəstə oldugu zamanlarda atamın sağlıq durumu ilə adıçəkilən qurumdan heç kim maraqlanmadı, əksinə adının mənzil növbəsindən çıxarılmaması üçün ondan rüşvət istənildi.
Yalnız I qrup yataq xəstəsi olan anama görə onun adı siyahıdan çıxarılmayıb. Halbuki, ailəmiz həmin vaxt tam qanuni olaraq növbədənkənar mənzillə təmin olunmalı idi. Valideynlərim dünyasını dəyişəndən sonra Cavid Qurbanovun tapşırıgı ilə atamın adı mənzil növbəsindən çıxarılıb. Lakin dünyasını dəyişmiş işçilərin övladlarının mənzillə təmin olunması ilə bağlı məndə faktlar var.
Bunu açıqlaya bilərəm. Mənzil şəraitimiz olduqca ağırdır, ailəmizdə təkcə böyük qardaşım günəmuzd fəhlə kimi çalışır”.
C. Nağdəliyev müraciətində bildirib ki, Cavid Qurbanova və ADY SC Həmkarlar İttifaqının sədrnə rüşvət verə bilmədiyi üçün atasının adı siyahıdan çıxarılıb: “Dəfələrlə Cavid Qurbanovla görüşmək istəsəm də rədd cavabı almışam. Cavid Qurbanovun işçisinə və onun ailəsinə verdiyi dəyəri Sizə izah etməyə çalışdım. Ümidimiz yalnız sizsiniz cənab Prezident! Bir azərbaycanlı ailəsinə kömək edin”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...