Daha bir deputatın qardaşlarının borc qalmaqalı - Rafael Cəbrayılovun Komitə yoldaşının başı dərddədir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyii göstərib.
Kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Milli Məclisin üzvü Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə nəticələnən borc qalmaqalı (Rafael Cəbrayılovun özünün və qardaşının banka və vətəndaşlara külli məbləğdə borcu var) deputatların biznes sahələrinə nəzarət məsələsini gündəmə gətirib.
Xüsusilə, mandatdan imtina qalmaqalı səngiməmiş, onunla eyni komitədə təmsil olunan Çingiz Qənizadənin qohumlarının adının hallanması məsələnin ciddiyyətindən xəbər verir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...