SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AXSAQ DİASPORAMIZ... - Zərər görən Azərbaycan dövlətidir...

AXSAQ DİASPORAMIZ... - Zərər görən Azərbaycan dövlətidir...

Tarix:

24-09-2019, 12:34

/ 890 dəfə oxundu.
AXSAQ DİASPORAMIZ... - Zərər görən Azərbaycan dövlətidir...

Son günlər Azərbaycanın Rusiyadakı diaspora təşkilatlarının yaşadığı problemlər yerli cəmiyyət tərəfindən narahatlıqla qarşılanmaqdadır. Əslində anoloji bərbad mənzərə təkcə Rsuiya müstəvisində müşahidə olunmur. Demək olar ki, əksər ölkələrdə soydaşlarımız məhz DİASPORA İŞİNİN yanlış qurulması səbəbindən əsas hədəflərindən xeyli kənarda qalmaqla yanaşı, həm də ümumi maraqlarımızı - Azərbaycan dövlətinin diaspora siyasətindən umduqlarını belə təhlükəyə atmaqdadırlar. Təbii ki, bütün bunları sadaladıqda göz önündə bu gün dövlətin diaspora siyasətini yürütmüş kimi görünən Diasporalarla İş üzrə Dövlət Komitəsinin naşı sədri Fuad Muradov gəlməkdədir. Məhz onun bir qeyri-peşəkar diasporaçı kimi nəzərə gəlməsi bütün baş verənlərə təbiilik qatmaqdadır...

Elə DİA.AZ-a bu barədə göndərilən məqalədə də qeyd olunan məqama önəm verilir. Məqalədə deyilir: "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyin olunandan sonra Fuad Muradov yalnız mənfi reputasiya yığmaqla diqqətləri cəlb edir. Fuad Muradov hələ də deputat kürsüsü ilə hazırda tutduğu vəzifənin fərqini anlaya bilmir.

Fuad Muradov Nazim İbarhimov kimi bir fiquru əvəzlədi. Yaxşıdan-pisdən Nazim İbarhimov ciddi işlər görmüşdü. Ən azından bu sistemin qurucusudur. Doğrudur, adı daha çox çirkli maliyyə qalmaqallarında hallansa da, öz işini öhdəsindən hazırki sədrdən - Fuad Muradovda qat-qat artıq gəlirdi.

Yəni buna görə də artıq yuxarı instansiyalar Fuad Muradovla bağlı düşünməyə başlayıblar. Onu vəzifədə qalıb-qalmaması müzakirə olunur. Bunun da nəticəsidir ki, Fuad Muradovun yaxın adamları bir müddət əvvəl Diaposra Komitəsinin sədrinin MÜDAFİƏSİNƏ qalxılar. Nəyə lazım idi bu gülünc piar kampaniyası? Hər halda, görünəni o idi ki, Fuad Muradovun belə bir ucuz təbliğata, müdafiəyə ehtiyacı var..."

Daha sonra göndərilən məqalədə qeyd olunur ki, Fuad Muradov hələ də bu işdə pioner olduğundan çox ciddi problemlər yaşayan diaspora siyasətində yüzə-yüz uduzacaq: "Onun bəğlubiyyəti qaçılmazdır. İlkin simptomlar artıq yetərincə təzahür edib. Fuad Muradovu "yeyəcəklər"... Bundan isə təbii ki, daha çox itirən Azərbaycan dovlətinin milli maraqları olacaq.

Fuad Muradovun naşılığı dövlətin bu sahəyə ayırdığı milyonlarının yenidən həzm edilməsinə gətirib çıxaracaq".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ