Yol Polisində xidməti yaşı keçmiş vəzifəli şəxslər niyə təqaüdə göndərilmir? — FAKT
Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi Baş İdarəsinin Nərimanov rayon Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev xidməti yaşı çatmasına baxmayaraq, hələ də öz postunda saxlanılıb.
Mahmud Abdullayev yol polisi sahəsinə yeni xidmətə cəlb olunub. Buna qədər o, Bakı şəhər Baş Polis İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.
DYP rəisi vəzifəsinə 2017-ci ildə təyin olunan M.Abdullayevin Nərimanov rayonu Yol Polisində yaratdığı qaydalar həm bu qurumun əməkdaşları, həm də sürücülər tərəfindən daim narazılıqla qarşılanıb.
Bundan başqa, M.Abdullayevin polis orqanlarından təqaüdə getmək yaşının artıq çatdığı da məlum olub. Hazırda onun xidməti əmək pensiyası yaşını keçməsinə baxmayaraq, M.Abdullayev hələ də bu postda qalır.
Qeyd edək ki, general-polkovnik Vilayət Eyvazov daxili işlər naziri təyin olunduqdan sonra bu orqanda ciddi islahatlar həyata keçirməyə başlayıb. Bunun nəticəsidir ki, son iki ay ərzində xidməti yaşı keçmiş və fəaliyyətində nöqsanlara yol verən yüksək vəzifəli polis rəisləri öz postlarını itiriblər.
Demokrat.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...