XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Prezidentdən Nizami Cəfərovla bağlı SƏRƏNCAM

Prezidentdən Nizami Cəfərovla bağlı SƏRƏNCAM

Prezidentdən Nizami Cəfərovla bağlı SƏRƏNCAM
20-09-2019, 18:17

Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.