Əli Nağıyevlə Orxan Sultanov yas mərasiminə gəldilər – Generallardan İlyas İsmayılova sayğı
Ötən gün – sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində keçirilən il mərasiminə qəfildən Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanovun təşrif buyurması təkcə İlyas İsmayılov yox, elə mərasimdə iştirak edən əksər insanlar üçün də gözlənilməz olub.
Strateq.az-a istinadən xəbər veririk ki, həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar.
Xüsusi xidmət orqanları rəhbərlərinin bu davranışı onlar getdikdən sonra əsasən müxalif fikirli insanların toplaşdığı mərasim zalında geniş müzakirə olunub və hər iki məmurun addımı rəğbətlə qarşılanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...