DYP “ON” SERİYALI NÖMRƏLƏRİ VERMƏYƏ BAŞLAYIB, YOXSA?… – Tanınmış vəkildən maraqlı paylaşım (FOTO)
Maraqlıdır, dövlət nömrəsi hələ dövlət yol polisində qeydiyyatdan keçməmiş bu retro avtomobilin xoşbəxt sahibi kimdir?”
“AzPolitika.info”-nun məlumatına görə, bunu tanınmış vəkil Kamandar Nəsibov retro avtomobilin Bakı küçələrində evakuatorun üstündə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq yazıb.
Vəkil daha sonra qeyd edib ki, Bakıda Bayıl istiqamətinə aparılarkən fotosunu çəkdiyi 99-ON-999 dövlət nömrə nişanlı bu avtomobil yol polisində ona görə qeydiyyatda ola bilməz ki, avtomobillərə “ON” seriyalı nömrələrin verilməsinə hələ başlanmayıb.
Fotolardan göründüyü kimi, yəqin elə bu səbəbdəndir ki, avtomobilin arxa və görünən nömrəsinin üstünü bağlayıblar. K.Nəsibov qeyd edib ki, maraq onlara güc gəlib və avtomobilin ön tərəfinə boylanaraq, üstü açıq nömrənin fotosunu çəkiblər.
Maraqlıdır, DYP “ON” seriyası ilə nömrələrin verilməsinə başlayıb, ya bu avtomobilin sahibinə “xüsusi münasibət” göstərilib?…


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək