Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO
- 13-09-2019, 12:52
- 1 325
Sözügedən görüntülərdə əsgərə yardım edən polislər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 4-cü kurs tələbələri Abuzərli Qoşqar və Sulxayzadə Tacirdir.
Onlar həmin vaxtı Gəncə Baş Polis İdarəsində praktikada olublar.
Sözügedən görüntülərdən sonra Gəncə Baş Polis İdarəsinin rəhbərliyi Abuzərli Qoşqar və Sulxayzadə Tacirə göstərdikləri nümunəvi hərəkətə görə, şəxsi heyətin və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun adından təşəkkür ediblər. Bizim kursantlar da göstərilən diqqətə görə, razılıqların bildiriblər.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov faktı unikal.org-a təsdiqləyib.