Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində keçirilən sosial eksperimetdən çəkilən video görüntü böyük marağa səbəb olub. Belə ki, pulu olmayan və ac olan əsgər yoldan keçən polis əməkdaşlarından kömək istəyib. Polislər əvvəlcə əsgərə mobil telefonlarını verib və onun danışmağı üçün şərait yaradıblar. Daha sonra polislər ciblərində olan bütün pulu əsgərə veriblər.
Sözügedən görüntülərdə əsgərə yardım edən polislər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 4-cü kurs tələbələri Abuzərli Qoşqar və Sulxayzadə Tacirdir.
Onlar həmin vaxtı Gəncə Baş Polis İdarəsində praktikada olublar.
Sözügedən görüntülərdən sonra Gəncə Baş Polis İdarəsinin rəhbərliyi Abuzərli Qoşqar və Sulxayzadə Tacirə göstərdikləri nümunəvi hərəkətə görə, şəxsi heyətin və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun adından təşəkkür ediblər. Bizim kursantlar da göstərilən diqqətə görə, razılıqların bildiriblər.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov faktı unikal.org-a təsdiqləyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...