Siyavuş Novruzovun tənqid etdiyi sabiq nazirlər - SİYAHI
- 7-09-2019, 16:22
- 1 498
Unikal.org S.Novruzovun tənqid etdiyi sabiq nazirlərin siyahısını hazırlayıb.
8 avqust 2002-ci il - 13 fevral 2017-ci ilə kimi Nəqliyyat Naziri işləmiş Ziya Məmmədov,
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, Nəqliyyat Nazirin müavini vəzifəsində 23 iyul 2009-cu ildən 13 fevral 2017-ci ilə kimi işləmiş Arif Əsgərov,
23 oktyabr 2004 — 22 oktyabr 2013-cü ilə kimi Kənd Təsərrüfatı Naziri, 22 oktyabr 2013 - 21 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikası Baş Nazirinin müavini olmuş İsmət Abbasov,
20 iyul 1995-ci ildən 21 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikasının Baş nazirinin müavini işləmiş Abid Şərifov,
17 dekabr 2002 - 22 oktyabr 2013 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri, 22 oktyabr 2013 - 21 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləmiş Səlim Müslümov,
17 aprel 2007 — 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 22 oktyabr 2013-21 aprel 2018 Kənd Təsərrüfatı Naziri Heydər Əsədov,
7 fevral 2006 - 22 oktyabr 2013-cü ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Fizuli Ələkbərov,
1995-ci ildən 22 oktyabr-2013-cü il 6 fevral tarixindək Müdafiə naziri işləmiş Səfər Əbiyev,
23 may 2001 — 21 aprel 2018-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər naziri işləmiş Hüseynqulu Bağırov və "Azərsu" ASC-nin keçmiş sədri Nizaməddin Rzayev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovda var.