Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
7NEWS.az xəbər verir ki, tanınmış blogger Bəxtiyar Hacıyev BNA şefinə ismarıc göndərib. Sosial şəbəkə üzərindən yayılan müraciəti təqdim edirik: 'Biri BNA sədri Vüsal Kərimliyə başı eyş-işrətdən, kef məclisindən açılanda başa salsın ki, kiçik bir ərazidə gün ərzində 500 sürücü cərimələnirsə, o 500 sürücü axmaq ola bilməz. Heç kim axmaq deyil ki, park etməyə yaxınlıqda boş yer olsun, amma cərimə etdiyinizi bildiyi yerdə park etsin. Axmaq sən və səni cərimələrlə nəyisə dəyişdiyini sənə deyən komandandakı adamlardır ki, hər gün eyni yerdə 500 nəfəri cərimə edib, eyni mənzərəni gördüyü halda, bir ... yediyini düşünür.
Sənin o cərimələrinin nəqliyyatın hərəkətinə, vəziyyətin dəyişməsinə (yumşaq desək) iynənin ucu qədər təsiri yoxdur. Yeganə təsir camaatın cibindəki pulun bir az azalmasına, bir də camaatın hakimiyyətə qarşı qəzəbinin kəskin artmasınadır. Gənc məşuqələrlə işrətdən sonra son aylarda yeganə məharətlə etdiyiniz tək budur.
Bəsti Bağırova və Naxçıvani küçəsi, A.Şaiq ilə C.Cabbarlı arasında xəstəxana var, camaatı rayonlardan xəstə uşağını gətirir "OMD" qarşısında saxlayır. Onlarla 16 mərtəbəli yaşayış binası var, 3-4 böyük biznes mərkəzi var, minlərlə insan işləyir, minlərlə insan gəlib-gedir bu mərkəzlərə. Favorit, Bravo olmaqla onlarla mağaza və kafelər var. Amma yolun sağına və soluna "dayanmaq və durmaq qadağandır" işarəsi qoyulması bir tərəfə, bucaq altında parklanma işarəsi olan yerlərdə də paralal parklanmanı məcbur etmisiniz. Bu isə 100 maşın park edəcəyi yerdə 50 maşının park etməsi deməkdir ki, nəqliyyatın hərəkətinə zərrə qədər müsbət təsir etmir, sadəcə, 50 maşın daha çox cərimə edirsiniz.
Nə edək, Rövnəq Abdullayev kimi "al, bu da cəriməsi, hələ 2 gün də burada saxlayacam" deyə biləcək, 20 manatından keçəcək 100-200 gənc sürücü tapaq, nəqliyyatın hərəkətini iflic edəcək yerlərdə eyni gün və eyni saatda saxlayaq ki, o boş başınıza girsin ki, kritik yerlərdə cəriməniz heç nəyi həll etmir? Bəlkə, 500 nəfərin hər gün saxlayıb, nəqliyyatın hərəkətinə mane olmadığı yerlərdə isə qadağa işarəsi qoymaqla o 500 sürücünü cərimələməyinizin 500 nəfərin yox, sizin axmaqlığınız olduğunu belə sübut edək?
Yaxşı başlamışdınız, gül kimi reputasiyanız vardı, nəqliyyatda Ziya Məmmədov və qoçuları, eyş-işrətdə Dan Bilzerian yolu seçməklə, özünüzü daha aşağı endirdiniz.'

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək