Antalyaya gedən 20 ailəyə fırıldaq: nə bilet var, nə də – Foto
- 27-08-2019, 11:17
- 1 370
Onun sözlərinə görə, hamı bu məsələdən agah olsun ki tələyə düşməsinlər: “Ailəmlə, yəni yoldaşım, övladım, anam və qardaşım bu gün Antalyaya uçmalıydıq.
İnTravel Az-a tam ödəniş eləmişdik, möhür və imzası, qəbzi olan sənədi almışdıq. Guya tur paket veriblər. Səhər hava limanına gələndə məlum oldu ki, nə bilet var, nə otel…”
L.Məmmədli daha 20 belə ailə olduğunu qeyd edib: “Təbii ki, qanun qarşısında cavab verəcəklər, pulumuzu geri alacağıq. Amma mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Belə turizm firmaları bağlanmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanıram”.