Antalyaya gedən 20 ailəyə fırıldaq: nə bilet var, nə də – Foto
Bakıda fəaliyyət göstərən “İnTravel Az” turizm firması 20-dən çox ailəyə qarşı dələduzluqda ittiham olunur. Reportyor.info-nun məlumatına görə, bu haqda şirkət tərəfindən aldadıldığını deyən Leyla Məmmədli feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hamı bu məsələdən agah olsun ki tələyə düşməsinlər: “Ailəmlə, yəni yoldaşım, övladım, anam və qardaşım bu gün Antalyaya uçmalıydıq.
İnTravel Az-a tam ödəniş eləmişdik, möhür və imzası, qəbzi olan sənədi almışdıq. Guya tur paket veriblər. Səhər hava limanına gələndə məlum oldu ki, nə bilet var, nə otel…”
L.Məmmədli daha 20 belə ailə olduğunu qeyd edib: “Təbii ki, qanun qarşısında cavab verəcəklər, pulumuzu geri alacağıq. Amma mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Belə turizm firmaları bağlanmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanıram”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək