Sabiq deputatın oğlu vətəndaşı döydü – Foto
Bir müddət əvvəl sabiq deputat Fərhad Qəribov və oğlu Elnur Qəribov tərəfindən aldadılan Fəqan Cəfərov adlı vətəndaşın şikayətini yaymışdıq. Sabiq deputat, oğlu və qaynı vətəndaşa maddi ziyan vurmaqda ittiham olunur.
Hətta keçmiş deputatın oğlu E.Qəribov bu məsələyə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
Reportyor.info-nun əldə etdiyi xəbərdə bildirilir ki, ötən həftə Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Vüqar Ələkbərov şikayətçi Fəqan Cəfərova zəng edərək 19 avqustda Elnur Qəribovla üzləşəcəyini deyib.
Həmin gün BŞBPİ-də gözləmə otağının qarşısında eks-deputatın oğlu ilə rastlaşan vətəndaş E.Qəribov arasında mübahisə düşüb. 200 kiloya yaxın çəkisi olduğu deyilən E.Qəribov F.Cəfərovu polis idarəsinin darvazasının yanında vuraraq qaçıb.
Hadisə barədə 102 xidmətinə məlumat verilib, təcili yardım çağırılıb. Bel nahiyəsindən yeni əməliyyat keçirmiş F.Cəfərov ağır xəsarət alıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək