Tanınmış jurnalist “Araz” marketlər şəbəkəsini biabır etdi: Ayıbdır, utanın! – FOTO
Otuz dəqiqə əvvəl “Araz” marketlər şəbəkəsinin 9-cu mikrorayon filialından bu pendiri almışam. Artıq üçüncü dəfədir ki, belə kiflənmiş çıxır.
Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Səbuhi Sədəf (Məmmədli) öz “Facebook” hesabında yazıb.
“Bir dəfə “İvanovka” çörəyi kiflənmiş çıxmışdı, bir dəfə kolbasa, indi də bu pendir. Qabdakı guya Rusiya istehsalı olan (qiyməti 17 AZN) kolbasanı da yeməyə qorxuram. Lift işləmir. Bu, o deməkdir ki, mən bu gecə ac qalacağam. Çünki ürəyim 30 dəqiqə ərzində ikinci dəfə 9 mərtəbə qalxmağa imkan verməz.
Ayıbdır, utanın! Maddi ziyanınız gərək deyil, şəkər xəstəsi olan birini ac qoymağınızı, bağışlamayacağam”, – deyə Səbuhi Sədəf bildirib.
Qeyd edək ki, bu, sözügedən şəbəkə ilə bağlı ilk narazılıq faktı deyil.
Oxu.az





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək