SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Piyadanı vurub öldürən və hadisə yerindən qaçan şəxs necə azadlığa çıxdı?

Piyadanı vurub öldürən və hadisə yerindən qaçan şəxs necə azadlığa çıxdı?

Tarix:

1-08-2019, 15:34

/ 826 dəfə oxundu.
Piyadanı vurub öldürən və hadisə yerindən qaçan şəxs necə azadlığa çıxdı?

Hadisəni törədən şəxs haqqında açılan cinayət işinə xitam verilib

Beyləqanda vətəndaşı maşınla vuraraq qaçan və 15 gün sonra məsuliyyətə cəlb edilən Ağcabədi sakini haqqında açılan cinayət işinə xitam verilib
İki ay öncə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda 14 may 2019-cu il tarixdə saat 05 radələrində Stansiya Mingəçevir – Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini Xəyal Sarıyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilməsi və sürücünün həbs edildiyi bildirilirdi.

Həbs edilən Xəyal Sarıyevə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlandığı və zəruri ekspertizalar təyin edildiyi qeyd edililirdi.

Ağcabədi rayonundan Azeuronews.com-a daxil olan ilginc məlumata görə Mingəçevir – Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində 04-AA-132 seriyalı “Mercedes Benz” 200 markalı avtomobillə piyada Məhərrəm Məmmədovu vuraraq öldürən və hadisə yerindən qaçan, 15 gün sonra həbs edilən Xəyal Sarıyev müəmallı şəkildə həbsdən azad edilib. Məlumatda qeyd edilir ki, hadisəni törədən Xəyal Sarıyeva açılan cinayət işinə məmur atasının (adı bizə məlum olsada hələki açıqlamırıq) bilavasitə dəstəyi ilə xitam verilib.

Hadisə vaxtı ölən rayon sakini Məhərrəm Məhərrəmovun ailəsinin şikayətçi olmadığı nəzərə alındığı bildirilsə də, əslində Xəyal Sarıyevin atasının hadisədə ölən şəxsin ailəsini və məhkəməni pulla ələ alması barədə Ağcabədi rayonunda söz-söhbətlər yayılıb.

Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

azeuronews.com

Şərhlər

XƏBƏR LENTİ