Daha bir nəfərə “Zamirə qanunu” tətbiq edilir
Britaniya polisi ötən gün iyulun 18-də bəyan edib ki, silahlı soyğunçuluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan bandalarla əlaqələrdə şübhəli bilinən xarici biznesmenin əmlakının dondurulmasına qərar verilib.
Virtualaz.org-a istinadən xəbər veririk ki, həmin biznesmenin adı açıqlanmır.
Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin bəyanatında deyilir ki, həmin biznesmen barəsində İzahedilməz Sərvətlər Qanunu (UWO) çərçivəsində sorğu alıb. Həmin sorğuya əsasən biznesmen 12.5 milyon dollar dəyərində daşınmaz əmlak imperiyasının mənbəyini açıqlamalıdır. Çünki pulların cinayət yolu ilə əldə edildiyi haqda şübhələr var.
Aktivlərin dondurulması haqda soruğu o deməkdir ki, həmin biznesmenin Böyük Britaniya boyu əldə etdiyi daşınmaz əmlak obyektləri polisin araşdırmasının başa çatdırılmasına qədər satıla və başqasına verilə bilməz.
“Reuters” agentliyi qeyd edir ki, UWO əsasən korrupsiyaya bulaşmış xarici məmurlar və onların ailə üzvlərinin Britaniyada əldə etdikləri sərvətin mənbəyini açıqlamağa məcbur etmək üçün qəbul edilib. Məqsəd Böyük Britaniyaya çirkli pulların axınını dayandırmaqdır. Həmin qanun ötən il ilk dəfə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacəyevaya qarşı tətbiq olunub. Onun on milyonlarla funt dəyərində aktivlərinə həbs qoyulub. Hazırda Londonda Z.Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilir.
“Bu sorğular Böyük Britaniya daxilində dövr edən və ölkəyə xaricdən daxil olan qanunsuz maliyyənin mənbəyini araşdırmaq üçün güclü alətdir”,-Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin (NCA) bölmə rəhbəri Endi Lyuis bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...