SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı İdarəetmə və Texnologiya Kolecinin direktoru müəllimlərin başına oyun açır - ŞOK ŞİKAYƏT

Bakı İdarəetmə və Texnologiya Kolecinin direktoru müəllimlərin başına oyun açır - ŞOK ŞİKAYƏT

Tarix:

27-03-2017, 12:03

/ 2 481 dəfə oxundu.
Bakı İdarəetmə və Texnologiya Kolecinin direktoru müəllimlərin başına oyun açır - ŞOK ŞİKAYƏT

Bakı İdarəetmə və Texnologiya Kolecinin müəllimi AMEA-ın dokturantı 12 kitab müəllifi 2 qızıl qələm mükafatcısı Şakir Həmzəyev Ağacan oğlu (Qabıstanlı), həmin kollecin magistr təhsilli laborantı Məmmədova Şəbnəm Mirbəşir qızı, ali təhsilli üç uşaq anası, kollecin təsərrüfat işləri üzrə direktor müavini Əliyeva İlahə Xudu qızı və magistr təhsilli, iki uşaq anası, İstehsalat təcrübə rəhbəri Allahverdiyeva Aynur Ulduz qızı tərəfindən.

ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli Cənab Prezident!
Həmin ərizəmizlə yazaraq Sizə məlum edirik ki, beş aydır ki, kollecə təhsildən xəbəri olmayan, savadsız, musavatcı, psixoloji durumunda nöqsanları olan bir teroristi, FETO-çu olduğu ehtimal olunan Varis Allahverdiyevi direktor təyin ediblər. Bu adam bilərəkdə və qəsdən müavinləri ilə birlikdə kollec işçilərini dövlətimizdən, hörmətli nazirimizdəmn və Prezidentimizdən narazı salamaqla məşğuldur desək, qətiyyən səhv etmərik. Bu şəxs Prezidentimizin son müşavirədə məmurlar haqqında söylədiyi fikirlərdəki tələblərə məhəl qoymadan (prezidentimiz bütün məmurlara üzünü tutaraq kəskin şəkildə dedi ki, heç kimi işdən çıxartmaq olmaz, nöqsanı varsa müəyyən yollarla aradan qaldırmaq lazimdır) 340 nəfər ziyalı kontingenti olan çox az məvacibə işləyən təhsil işçilərinin hamısına utanıb-çəkinmədən deyir ki ”mən səni öz kamandamda görmürəm” öz xoşunla ərizəni yaz, işdən cıx, əks tədqirdə ən ağır maddə ilə səni işdən qovacam! Varis Abdullayev iki ay ərzində 12 adamı (müxtəlif vəzifələrdə çalşan) qanunsuz olaraq işdən çıxarıb, 35 nəfərdən çox adama yazılı töhmət verib ki, maddə ilə işdən çıxartmağa əlində əsas olsun. Nöqsanı oldu, olmadı, Varis müəllimə fərq etməz. Necə deyərlər, müavinlərinin və həmkarların sədrinin canı sağ olsun. Varis müəllimin qaraladığı adam haqda günahı, nöqsanı oldu olmadı, təqdimat yazmaq barədə göstəriş alan kimi canla-başla ümumi sözlərlə bir nöqsan tapıb təqdimat hazırlayırlar. Heç kimdən çəkinmədən işçiləri addımbaşı təhqir edir , ünvanlarına ən ağır nalayiq ifadələr işlədir, özünü məktəb rəhbəri kimi yox, qoçu dəsətəsinin başçısı kimi aparır.
Kollec kollektivində süni xof yaradaraq əlaltıları vasitəsi ilə " mən cənab Prezidentlə bir yerdə oxumuşam!” kimi lazımsız sız-söhbətlər yayır, özü haqqında "gücçatmaz”, "yuxarıların adamı” obrazını yaratmaqla, kolleci özünün şəxsi təsərrüfatı kimi idarə edir. Bu kifayət etmirmiş kimi, özünü arxalı göstərmək və işçiləri qula çevirmək üçün hətta, hörmətli nazirlərimizdən bir neçəsinin yaxin qohumu olduğunu tez-tez dilinə gətirir. Biz, sizə bu şikayət məktubunu ünvanlayanlar, hər birimiz ziyalı təbəqədənik, bütün hallara öz savad prizmamızdan baxırıq və belə səviiyəsiz birisinin 340 nəfərlik ziyalı kollektivinə necə rəhbər təyin edilməsinə heyrət edirik! Varis Allahverdiyevin insanları kütləvi işdəncıxartmasını yalnız kütləvi terrora bənzətmək olar. Varis Allahverdiyev dərk etmək istəmir ki, onun işdən qanunsuz və əsassız çıxardığı hər bir insanın ailəsində ən azı 4-5 nəfər üzvü var və o, qanunsuz hərəkətləri ilə bu qədər insanların taleyi ilə oynamaqla yanaşı, onları dövlətdən narazı salır!
Respublikamızın ağır iqtisadi böhran şəraitində insanların sosial müdafiəsini gücləndirməyə ciddi fikir verildiyi həssas məqamda kollec direktorunun işçiləri ucdantutma, heç bir əsası və qüsuru olmadan, tabeçiliyində olan rəhbər vəzifəli şəxslər vasitəsi ilə saxta tərtib edilmiş aktlar əsasında işdən çıxarma kampaniyasına rəvac verməsi ilə razılaşmaq mümkün deyil. Hazırda iqtisadi böhran fonunda iş yerini itirməyin nə qədər çətin və faciəvi olduğunu yəqin ki, heç kim inkar etməz
Kollec direktoru Varis Allahverdiyev bir yandan işçiləri şərləyərək, şantaj edərək onları qanunsuz olaraq işdən çıxarır, digər tərəfdən məktəbin maliyyə sistemini çökdürməklə məşğul olaraq, talançılıqla məşğul olmaqdan çəkinmir. Direktor təyin olunduğu vur-tut beş ay olmasına baxmayaraq, Varis Allahverdiyev böyük məbləğdə maliyyə yeyintiləri törədib. Məsələn, 16 il pedaqoji iş təcrübəsi olan bir xanıma 130 manat mükafat yazır və eyni vəzifəyə özünün gətirdiyi təhsildən xəbərsiz, ixtisasca "jurnalist” olan və cəmi bir ay işləyən xanıma isə 250 manat, özünə 700 manat əmək haqqı və mükafat yazmaqla, maliyyə sahəsinə aid olan bütün direktiv qanunlara belə məhəl qoymur! Kollecdə direktorun qanunsuz əməllərinin himayəçisi kimi tanınan, onun bəd əməllərini, qanunsuz tapşırıqlarını can-başla yerinə yetirən müavinlərə və işçilərin müdafiəsi ilə məşğul olmalı olan, lakin vəzifəsinin mahiyyətini kifayət qədər dərk etməəyən, direktorun qanunsuz işdənçıxarma kampaniyasına dəstək verən həmkarlar təşkilatının sədrinə Varis Allahverdiyev ayda 650 manat pul yazaraq kollecin büdcə pullarını göyə sovurur.
Bütün bu hərəkətlərinə görə direktor Varis Allahverdiyevin sağlam düşüncəli rəhbər keyfiyyətinə, ali təhsilinə, aldığı diploma bizim hədsiz şübhəmiz var! Çünki bu insanın şəxs keyfiyyətləri, kollektiv üzvləri ilə davranışı, danışıq tərzi, qanunlara sayğısızlığı onun tutduğu vəzifəyə heç cür uyğun gəlmir. Biz görə, bu adamın diplomu saxtadır. Özü ilə kollecə gətirdiyi "komanda” üzvləri müəllim peşəsinə layiq şəxslər deyillər, əksəriyyəti savadsız otel işçiləri və müxbirlərdir. Vəzifələrə təyin etdiyi səxslərin savadı son dərəcə aşağı səviyədədir. Gənclərimizin alacağı təhsil səviyyəsi tam sübhə altındadır. Varis müəllimin pisixoloji durumuna gəldikdə isə, biz onun davranışlarına görə, bu qənayətə gəlmişik ki, bu pisixoloji xəstədir. Çünki bütün heyətin qarşısında gah ürəkdən qəh-qəhə ilə gülür, gah qadın kimi hönkürtü ilə ağlayır, gah da özü özünə əsəbləşir və iclaslarda hamiya bəyan edir ki, mən müsavatcıyam və hec kimdən qorxmuram. Bütün tələbə və müəllimlərin gözü qarşısında utanmadan özü ilə gətirdiyi xanımla öpüşüb qucaqlaşır, tələbələr onun kollecə gətirdiyi başı bağlı hicablı xanima "Samiraldo” ləqəbi qoyublar. Hamıya işdən qovacağı ilə hədə qorxu gəlir, müəllimləri tam gestapo rejimində saxlayır. Yeni qayda qoyub. Dərsi oldu olmadı bütün müəllimlər tezdən 9-dan axşam saat 5-ə qədər kollecdə olmalıdırlar! Məlumdur ki, bizim nəvacibimiz bir aylıq dolanışığımıza çatmir. Müəllimlərin bəziləri gəlib 1-2 saat dərsini deyib qalan vaxtını başqa işlərə sərf edib uşaqlarına bir tikə çörəkpulu qazanırdılar. İndi bunların hamısından məhrumdurlar.Bu işin adı terorizim deyil bəs nədir? Miləti dövlətin və prezidentin üzərinə qaldırmaq deyil, bəsnədir?!
Hörmətli cənab Prezident! Nəzərinizə çatdırırıq ki, bizim bu şikayətlər 11.02.2017-ci il tarixdə sizlərə və respublikamızın yüksək vəzifə daşıyan məmurlarına ünvanlanmışdır. Əfsuslar olsun bu müddət ərzində Təhsil nazirliyi tərəfindən yuxarı orqanların təziqinə baxmayaraq  heç bir tədbir görülməyib.Əksinə Varis Allahverdiyevə dəstək duran Təhsil nazirliyinin yüksək rütbəli məmurlarından rəvac alaraq daha da quduzlaşmış hər 2-3 gündən bir kütləvi surətdə işçiləri işdən çıxarır və hamını qorxu altında saxlayır. Bizim şikayətimizdən sonra səviyyəsizliyin kuliminasiya nöqtəsi olaraq 23.02.2017-il tarixində bütün müəllim heyyətini yığaraq 320 nəfər ziyalının qarşısında biz 4 nəfərə (şikayət edənlərin) ünvanına nalayiq sözlər işlətmiş cox ağır formada bizi təhqir etmiş hətda demişdir ki, mən bu 4 nəfəri "analarının hansı orqanından doğulubsa həmin yerinədə qaytarıb soxacam”. Nəzərinizə çatdırırıq ki, biz onun fikrini mülayim formada ifadə edirik. Ancaq Varis Allahverdiyev böyük alditoriya qarşısında qadınlara, qız uşaqlarına, ağsaqqallara, ağbirçəklərə məhəl qoymayaraq etiq qayda qanunu kobudcasına pozaraq bu fikri daha çılpaq formada ifadə etmişdir. Bütün heyyəti qorxudaraq  bir-bir təkbətək çağıraraq "biz drektorumuzdan razıyıq” ifadəsini aldırır.
Hörmətli Cənab Prezident!


Varis Allahverdiyevin işlədiyi müddətdə əmrlər kitabına baxış keçrilsə aydın olar ki, bu terorist hansı işlərlə məşğul olur. Cox sayda işdən qovulmalar, yazılı töhmətlərin şahidi olarsınız. Bütün dünyada olduğu kimi Azərbaycanda da işsizlik problemi mövcutdur.Respublikamızın bu cür iqdisadi və bahalaşma fonunda hansı ziyalı, təhsilli adam öz ərizəsi ilə yazıb işdən çıxar.Bizim təhlükəsizlik xidməti prakrorluq və daxili işlər nazirliyi necə olur ki, bu teroristin hərəkətlərinə göz yumurlar.Axı onların əlində bütün vasitələr var. Biz bir ziyalı kimi başa düşə bilmirik ki, Azərbaycan dövlətçiliyini baltalayan böyük bir təhsil ordusunu prezidentimizin üzərinə qaldıran, müəllimlər ordusunu dövlətçilikdən incik salan bu kiçik məmura qarşı heç bir tədbir görülmür. Əgər biz yalan deyiriksə bizi cəzalandırın.Və yaxutda bu kiçik məmura gücünüz yetmirsə bizə bir koridor verin, ailələrimizidə görürək bu respublikanı tərk edək. Hüquqlarımız pozulan bir dövlətdə biz yaşamaq istəmirik. Kütlənin arasında ümumi rəy əsasında deyə bilərik ki, bütün xalqımız içərisində biz olmaq şərti ilə sizin kursunuzu bəyənirik, dəstəkləyirik. Lakin bəzi məmurlarınız fetoçuluq prinsipi əsasında kiçik vəzifələrə Varis Allahverdiyev kimi adamları təyin etməklə dövlətçiliyimizə qarşı mənfi fikir yaradırlar.İqdisadi vaziyyətimizin bu vaxtinda dövlət büdcəsinin pulları baş mühasib Elçin Ağayev və "dırnaqarası” drektorumuz Varis Allahverdiyevin iştirakı ilə mənimsənilir.Maliyyə nazirliyinin maliyyə nəzarət palatası bu soyğunçulara göz yumur. Acizanə xahiş edirik ki,bu dələduzu Varis Allahverdiyevi, müavinlərini (Məcidov Xalid, Nəbiyev Nofəl, Mikayilov Şakir) baş mühasib Ağayev Elçini, həmkarların sədri Bağırov Xəlili  qanunlarımızın tam ciddiliyi ilə cəzalandırasınız.
Hörmətli Cənab Prezident!
Sizdən xahiş edirik ki, ya bizim öz işimizə qayıdıb normal işləməmiz üçün kömək göstərin, ya da bizlərə şərait yaradın ailəmizi də götürüb respublikanı tərk edək!. Davranışından və tərbiyəsindən aydın hiss olunur ki, bu adamın qanında Azərbaycanlı qanı yoxdur. İşdən çixartdıği adamları iclasda məsxərəyə qoyur , necə işdən azad etdiyindən pafaosla danışır və bu işdən ləzzət aldığını açıq şəkildə bəyan edir. Onun bu cür hərəkətlərindən belə qənayətə qəlmişik ki, bu adam narkotik qəbul edir, cunki tez-tez haldan hala düşür. Indi biz müəllimlərin və bütün kollektivin düşdüyü vəziyyətin necə çətin olmağina özünüz qiymət verin. . Bir daha Sizdən xahiş edirik ki, açıq-aşkar hərəkət və davranışları ilə dövlətciliyimizə təhlükə yaradan bu müsavatciya qarşı qanunlarımızın tam sərtliyi ilə cəzalanmasını təmin edəsiniz.
Ona görə də aşağıda ərizəni imzamızla təsdiq edirik:
1. Həmzəyev Şakir Ağacan oğlu (055-305-65-90)
2. Məmmədova Şəbnəm Mirbəşir qızı (051-455-46-95)
3. Əliyeva İlahə Xudu qızı (050-243-28-44)
4. Allahverdiyeva Aynur Ulduz qızı (050-498-50-51)

milletinsesi.info

Şərhlər

XƏBƏR LENTİ