SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Məmurlar xaricdəki pullarını ölkəyə gətirməyəcək” – Şərh

“Məmurlar xaricdəki pullarını ölkəyə gətirməyəcək” – Şərh

Tarix:

9-07-2019, 14:23

/ 1 048 dəfə oxundu.
“Məmurlar xaricdəki pullarını ölkəyə gətirməyəcək” – Şərh

Bu ilin əvvəlindən başlayaraq ayrı-ayrı məmurların xarici ölkələrdə alrıqları daşınmaz əmlaklar və qurduqları bizneslə bağlı məlumatlar yayılır. Bu siyahılarda oliqarx məmurların böyük əksəriyyətinin adına rast gəlmək mümkündür.
“Yeni Sabah” bildirir ki, yayılan məlumatlarla bağlı bu günə qədər hüquq-mühafizə orqanları tərəfindən heç bir rəsmi açıqlama olmayıb. Baxmayaraq, həmin əmlaklarla bağlı sənədlər də mövcuddur.

Bu kimi məlumatların artdığı bir vaxtda isə ayrı-ayrı millət vəkilləri, ekspertlər ölkədə maliyyə amnistiyasının verilməsi təklifini irəli sürürlər. Onlar hesab edirlər ki, belə bir addım atılarsa, həmin pullar ölkəyə qayıdar və iqtisadiyyatın dirçəldilməsində istifadə olunar.

Bəs bu nə qədər realdır? Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a bildirib ki, heç bir halda həmin oliqarxlar pulları ölkəyə gətirməz. “Əksinə, maliyyə amnistisiyası olarsa, bu onların xaricdə biznes qurmaları üçün yaşıl işıq yandıra bilər və beləliklə, oğurlanmış pullar xaricdə sərbəst şəkildə hərəkət edəcək. Yoxsa özləri də yaxşı bilir ki, pulu ölkəyə qaytarsalar, nə baş verər. Amma hüquqi qaydada yalnız o mümkün ola bilər ki, maliyyə resurslarının 20-30%-ni dövlətə vermək şərtilə amnistiya etsələr, müəyyən hissəsini dövlətə qaytarsalar hər hansı nəticə ola bilər.

Bir məmur 2 milyard pul oğurluyub, bəyəm etiraf edəcək ki, pul oğurlamışam? Amnistiyaya verdin, insanlar necə bu oğurluq pullarını leqallaşdıracaqlar? Məsələn, hazırda Beynəlxalq Bank işi ilə bağlı cinayət işi gedir. İndi bu cinayət işləri necə qanunla uzlaşdırılacaq?

Bir daha qeyd edirəm ki, belə bir aamnistiya olarsa, yalnız bu pulların rahat xaricə daşınması üçün xidmət edə bilər. Bu pullar rahat şəkildə qanuni olaraq xaricdə hərəkət edə bilər, nəinki Azərbaycanda.

Məsələ bundadır ki, bu təklifdə bir qrup insanın oğurladıqları pullarının xaricdə ağ pul kimi istifadə etmək istəkləri dayanır. Çünki bilirlər ki, bu pullar Azərbaycana qaytarılsa, cinayət işi açılacaq, bundan sonra həmin şəxslərin əllərində nə varsa alınacaq”.

Hüquq mühafizə orqanlarının bu xəbərlərə səssiz qalmasına gəldikdə, S. Cəlaloğlu bildirir ki, buna səbəb həmin qurumların da bu prosesdə rol almasıdır: “Bu korrupsiya sisteminin bəlasıdır, Həsənin, Hüseynin deyil. Məmur olan istənilən şəxs korrupsiya ilə məşğul olmalıdır. Bu bir qaydadır. Erik Frommun məşhur bir sözü var: “Aşağı keyfiyyətli idarəetmələrdə pis insanlar hakimiyyətə gələ bilər, yaxşı insanların aşağı keyfiyyətli idarəetmədə nə işi var?”. Yəni hansı namuslu bir insan əyri bir işdə iştirakçı ola bilər? Bu orqanlarda işləyən insanlar bu sistemin bir elementidir, onlar özləri də bu işlə məşğul olurlar”.

S. Cəlaloğlu Zənurə Hacıyeva ilə bağlı Böyük Britaniyada qaldırılan cinayət işi və Azərbaycanın həmin pulların ölkəyə qaytarılması ilə bağlı cəhddlərini şərh edən ADP sədri hesab edir ki, bu prosesdən heç bir nəticə əldə olunmuyacaq: “Çünki beynəlxalq səviyyəyə çıxarılmış pulların geri qaytarılması 20-30 il çəkir. Adətən belə pulların məhdud bir qismi qaytarılır. Elə dünya bankları ona görə korrupsiyalı cəmiyyətlərlə əlaqəyə girirlər ki, bu pulların oğurluq olduğu aşkarlanır və bu pullar üzərində həbs qoyulur, sərbəst istifadə edilir.

20-30 il süründürmək üçün bir məhkəmə gedir. Sonradan bu pulun çox kiçik bir hissə ölkəyə qaytarılır. Proses çox çətin bir prosedurdur.

Bu proses əslində korrupsioner rejimlərlə dünya banklarının iş birliyidir. Bu gün Hüsnü Mübarəkin 50 milyardı, İranın 169 milyardı, Liviya prezidentinin 47 milyardı batdı. Əsas qazanan tərəf dünya banklarıdır. Yəni korrupsiyanın qlobal tərəfi də var”.

Şərhlər

XƏBƏR LENTİ