“İsgəndər Həmidov əməliyyatlara hazırlaşdığına görə həkim nəzarəti altında dərmanları qəbul edir”
- 8-07-2019, 15:38
- 1 047
F.Əlitev qeyd edib ki, İsgəndər Həmidov yeni əməliyyata hazırlaşır: “Çalışdıq ki, siyasətdən az danışaq, əhval-ruhiyyəsini qaldıraq, onu siyasi fikirlərindən yayındıraq, zarafatlaşdıq, deyib-güldük. İsgəndər bəy növbəti əməliyyatlara hazırlaşdığına görə həkim nəzarəti altında dərmanları qəbul edir. Ümid edirəm ki, qəbul etdiyi dərmanlar müsbət nəticə verəcək. Biz nə qədər siyasətdən danışmamağa çalışsaq da, İsgəndər bəy özü AXH-nin fəaliyyətilə maraqlandı. Nəzərdə tutduğumuz 20 iyul yürüş-mitiqlə bağlı hazırlıq işlərin gedişatı ilə fikir mübadiləsi apardıq. Avqust ayında AXH-nin növbəti Məclisinin keçirilməsilə bağlı öz təkliflərini verdi. Belə deyərdim ki, çox pozitiv görüşümüz oldu”.
Qeyd edək ki, İsgəndər Həmidov Türkiyədən müalicədən döndükdən sonra dağlıq rayonların birində yerləşib.