Yeni nazir Vahid Nuriyevi də cəzalandıracaq - Böyük dəyişiklik gözlənilir
Daxili İşlər Nazirliyi sistemində kadr və struktur islahatları gözlənilir. Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbə iddia edir ki, son zamanlar Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun işindən atılacağı haqda iddialar səbəbsiz yayılmır. Mənbə bildirir ki, qeyd olunan qurumda, köklü islahatlar aparılacaq.
Qaynağın dia.az-a söylədikləri: "Təkcə Ramiz Zeynalov getməyəcək. İllərdir DYP sistemində fironluq edən simalar var, onlar da cəzalandırılacaq, vəzifədən alınacaqlar.
Mənbənin sözlərinə görə, həmin şəxslərdən biri də Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəhbəri Vahid Nuriyevdir. Mənbə iddia edir ki, sonvaxtlar qanunsuz cərimələri ilə sürücüləri bezdirən Vahid Nuriyev yeni nazir tərəfindən sərt formada cəzlandırılacaq.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək