Lənkəranskinin “sağ əli” azadlıqda - Mirası uğrunda mübarizə başladı
- 18-01-2017, 15:19
- 3 526
Hacıbaba Talıbxanlı Lənkəranskinin yaxın adamlarından olub. Rövşənə təşkil olunan sui-qəsd zamanı da onun yanında olan Hacı mərhumun cənazəsinin Azərbaycana aparılmasında da iştirak edib. Lakin hava limanında 2 avtoritetlə birlikdə Türkiyə polisi tərəfindən saxlanılıb.
Saxlanılanlar 2013-cü ildə İstanbulda “qanuni oğru” Əlibala Həmidovu öldürməkdə ittiham olunublar. Cinayətə görə məsuliyyəti digər 2 şəxs öz üzərinə götürdüyü üçün Hacı azadlığa buraxılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Talıbxanlı dərhal “qanuni oğru” Hüseyn Əhmədovun (Hüseyn Slepoy) qruplaşmasına qoşulub. Bu qruplaşma hazırda Rövşən Canıyevin Türkiyə aktivləri uğrunda mübarizə aparır.