XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Prezidentin qərarına qarşı gələn RTŞ müdiri Surxay Mirzəyev

Prezidentin qərarına qarşı gələn RTŞ müdiri Surxay Mirzəyev

Prezidentin qərarına qarşı gələn RTŞ müdiri Surxay Mirzəyev
19-03-2017, 21:30

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə verilən fərman bu gündə qüvvədədir. Onun siyasi kursunun davamçısı olan cənab İlham Əliyevində Ulu Öndərin verdiyi tövsiyələri sayəsində Azərbaycan günü-gündən çiçəklənməkdədir. Belə ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra verilən qanunların ləğv edilməsinə deyil daha da sərtləşdirilməsinə və təhkidlə qanunların icrasına çalışmışdır. 2011-ci ildə verdiyi fərmanla təhsildə şəffavlıq yaradılmasına nail olmuşdur. Amma buna baxmayaraq çiçəklənən Azərbaycanın daxilində onun zirvələrə qalxmasından narahat olanlar var. Bu gün məlum olur ki, Tərtər rayon TŞ-nin müdiri Surxay Mirzəyev Prezidentin verdiyi qanunları tanımır. O, təhsil idarəsini özünün yazdığı qanunlarla idarə edir. Prezident və ya nazir verdikləri qərarlar onu heçdə maraqlandırmır.

Əgər N.Muradova 65 yaş tamam olduğuna görə çıxarılıbsa hal-hazırda 67-68 yaşlı direktorlar Tərtər təhsil idarələrində nəyə əsasən direktor kimi fəaliyyət göstərir, bunun sirri nədədir? Kadr çatışmadığı haqqında nazirliyə niyə məlumat verilmir...?

65 yaşı tamam olmuş 1 saylının direktorunu işdən azad edən RTŞ-nin müdiri Surxay Mirzəyev rayonda yaşı 67-68 olan direktorları azad etməkdə acizdir. Belə ki, keçən yazılarımızda bildirdiyimiz kimi 1 saylı şəhər məktəb direktorundan otaqğına çağıraraq 7 min nazirliyə işdə qalmağın üçün pul çatmalıdır deyən RTŞ- müdiri, müəllimədən pulu aldıqdan sonra işinə xitam vermişdi. Bu gün isə Tərtər rayonunda 4-5 məktəb direktorları var ki onların təhsildə varlıqları ilə yoxluqları arasında fərq sezilməməkdədir. Amma işdən azad edilən direktor sayəsində 1 saylı şəhər məktəbi ilin ən yaxşı məktəbi adına layiq görülmüşdür. Qanunlardada dediyi kimi bir şəxsin yaş həddindən sonra işdə saxlanılmasına yalnız onun fəaliyyəti dövrünə nəzər salındıqdan sonra qərar verilə bilər.

Qanun: Müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. İkinci istisna hal da var - 70 yaşdan sonra, yəni birinci uzadılma müddəti başa çatandan sonra tətbiq olunur. Lakin bu müstəsna hallarda baş verə bilər.

Tərtər 1 saylı məktəbin direktorunu işdə saxlaya biləcəyi halda onu qanunları kobud pozaraq işdən azad edib.
Dəfələrlə korrupsiya ilə əlaqədar çağrılan S.Mirzəyev N.Muradovanı işdən azad etməsinin sirri tam şəkildə aşkarlanıb. Belə ki, 1 saylı məktəb direktor postunu 35 minə satışa çıxaran RTŞ müdiri təhsil apardığı yeyintilərin üstü açıldığından həmin pulların geri qaytarılması zərurəti duyulub. Çatışmayan pulun qısa müddətdə bu cür tapa bilərdi. Medianın məsələdən agah olması və bu postun qanunla haqq edənə deyil pulu çox olana verilmə cəhdinin qarşısı alındı. S.Mirzəyevin planlarına alt-üst edən BakuNews.az saytına və rəhbərliyinə qarşıdahədələr səngimək bilmədi. S.Mirzəyev dəfələrlə təhsildə baş verən olayların mediada işıqlandırılmasının qarşısını almaq istəmə cəhdləri boşa çıxdı.

"Hətta havadarları sayılan “Transqafqaz.com” saytında tərəfimizdən ictimailəşmiş yazının təhrif etdirərək dərc etdirib rəhbərliyin yanında özlərini təmizə çıxarmaq istəyiblər. Tərəfimizdən yuxarıda adı qeyd edilən sayt rəhbəri ilə əlaqə saxladıq və yazının olduğu kimi dərc edilməsi tələbimizdən sonra yazı saytdan tamamilə silindi. Bunun baş verməsi artıq qarşı tərəfdən sifarişlə yazının təhrif edilməsinə subut kimi göstərilə bilər. Sifariş icra edən sayt və onun rəhbərliyi anlamaqda çətinlik çəkdilər ki, övladlarımızın məhv edilməsi məhs edilən təhriflərin sayəsindədir. Qanunda da göstərilir ki, qanunsuzluğu, cinayəti görüb deməyən dövlət qurumlarını xəbərdar etməyənlərdə, cinayət edənlərlə eyni dərəcədə iştirakçısı sayılırlar..."

Araşdırmamız nəticəsində məlum olub ki, Tərtər rayon Umudlu kənd tam orta məktəbin direktoru Zabil Zeynalov və Balakəngərli kənd ümumi orta məktəbin direktoru Rəşid Şahbazov 67 yaşın tamam etməsinə baxmayaraq hal-hazırda vəzifələrindən azad edilməyiblər. Tərtər təhsilinin sözçüsü olan Mütəllim müəllim bildirmişdiki məhs 1 saylı məktəbin direktoru qanunla 65 yaşın tamam etdiyi üçün məcburiyyətdən işdən azad edilmişdir. Prezidentin və nazirliyin qərarlarını icra etməyən Surxay Mirzəyev Tərtər təhsil şöbəsini özünə miras qoyulduğunu sanmaqdadır. Vəzifə heç zaman miras olaraq atadan oğula babadan nəvəyə ötürülməyib ötürülməyəcəkdə. Cənab S.Mirzəyev yəqin ki unutmusunuz yenədə yadınıza salaq ki, hər bir vəzifə şəxslərə Prezident tərəfindən verilir. Yalnız xalq tərəfindən Prezident, deputat və bələdiyyələr seçilir. Sizi vəzifəyə təyin edənlər bu qanunsuz əməllərinizə göz yumağa davam edəcəklərini inanmırıq.

RTŞ diqqətinə çatıraq ki, hansı qanunu nə tərzdə pozurlar təkrar biliyin anasıdır... Öyrənmək heç zaman gec deyildir. Bilməmək ayıb deyil, bilərəkdən öyrənməmək ayıbdır. Buyurun qanunu yenidən oxuyun:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİNİN ƏMRİ
Qanunun elan edilməsi və icrası barədə


"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında"

Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununu elan edirəm:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasənqərara alır: Azərbaycan Respublikası Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin: "Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir". 2. 70-ci maddənin "d" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda "e" bəndi əlavə edilsin: "e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.".

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 may 2011-ci il. № 127-İVQD" Qanunun icrasını təmin etmək məqsədilə ƏMR EDİRƏM:

1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu rəhbərlik və icra üçün qəbul edilsin.
2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil sektoru (N.Alnağıyeva), Hüquq sektoru (E.Həsənov) ilə birlikdə:
2.1. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq Təhsil Nazirliyinin nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.
3. Əmək Məcəlləsinin 10-1.3-cü maddəsinə uyğun olaraq təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflərini hazırlayıb rəhbərliyə təqdim etsinlər.
4. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alsınlar: -son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; -elmi dərəcə və ya elmi adının olması; -dövlət təltifi ilə təltif edilməsi; -attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; -"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; -müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda; -səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; -işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.
5. Təhsilin İdarəolunmasının Məlumat Sistemləri Şöbəsi (İ.Sadıqov) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil sektoru (N.Alnağıyeva) ilə birlikdə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə məlumat bazasının formalaşdırılmasını təmin etsin.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
6.1. Əmək Məcəlləsinin 10-1.2, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə əsasən müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil Nazirliyinə məlumat təqdim etsinlər.
6.2. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlasınlar, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər, nəticəsi barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat versinlər.
6.3. Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsini təmin etsinlər. 6.4.Qanunun icrası ilə bağlı yerlərdə maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər.
7. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov) təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparsın, ehtiyac olan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
9. Ümumi şöbənin müdiri (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127- İVQD nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentin 01.07.2011-ci il tarixli 460 nömrəli Fərmanı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.